Gənc liderlər
qlobal problemləri müzakirə ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
Qlobal Gənc Liderlər Forumu avqustun 23-də işini davam etdirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən
məlumata görə,
Üçtərəfli Komissiyanın
Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət
məşvərət qrupları
təşkil olunub. 4-8 nəfərdən ibarət
məşvərət qrupları
müxtəlif mövzular
ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin Finlandiyanın sabiq
Prezidentinin baş məsləhətçisi Aira
Kalela “İqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq
əməkdaşlığın ən böyük problemi” mövzusunda təqdimatla çıxış
edib.
Aira Kalela bildirib ki, iqlim dəyişikliyi
təkcə ətraf mühiti korlamır. Həm də
iqtisadiyyata, sənayeyə
təsir göstərir.
O, iqlim dəyişikliyinin
müxtəlif ölkələrdə
müxtəlif cür
büruzə verdiyini deyib. İqlim dəyişikliyinin ən çox Afrikaya təsir göstərdiyini, bölgədəki
ərzaq, su çatışmazlığının bunun nəticəsi olduğunu diqqətə çatdırıb. Həmçinin qlobal istiləşmənin
qarşısının alınmasında
Kioto protokolu və onun əhəmiyyətindən
bəhs edib.
Daha sonra gənc liderlər iqlim dəyişikliyinə təsir
göstərən problemlərin
həlli ilə bağlı təkliflər
irəli sürüblər.
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
Dünya Bankının
keçmiş vitse-prezidenti
İsmail Serageldin ətraf mühitin mühafizəsi, dövlət
idarəçiliyi, insan
resursları, iqlim dəyişikliyi ilə bağlı gənc liderlərin suallarını
cavablandırıb.
Məşvərət qruplarında müzakirələr
günün ikinci yarısında da davam edib. Şvarzman Kollecinin
icraçı direktoru
David Panın moderatorluğu
ilə keçirilən
müzakirələrdə gənclər
Çinin dünyada artan rolu haqqında
fikri mübadiləsi aparıblar. David Pan bildirib ki, əvvəlki
illərlə müqayisədə
Çinin iqtisadiyyatı
əhəmiyyətli dərəcədə
güclənib, adambaşına
düşən ümumi
daxili məhsul son illərdə daha da artıb. Son dövrlərdə texnologiya
sahəsində baş
verən yenilikləri
xüsusilə vurğulayan
David Pan Çinin bu sahədə böyük
pay sahibi olduğunu diqqətə çatdırıb.
Gənc liderlər Çində investisiyanın daha çox yatırıldığı
sahələr, Çinin
müasir dövrdə
yürütdüyü iqtisadi
siyasət, Çin diasporunun müasir durumu, əlaqələri ilə bağlı məsələləri də
müzakirə ediblər.
Müzakirələrdən
sonra iştirakçılar bir-biriləri
ilə təcrübə və fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-
2017.-24 avqust.- S.5.