Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 20 il ərzində Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb. Əhəmiyyətli siyasi dialoq, fəal parlamentlərarası əməkdaşlıq qurulub, iqtisadi, investisiya, elmi-texniki, humanitar və digər sahələrdə geniş əlaqələr yaradılıb. Həmçinin Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər.

İnanıram ki, gələcəkdə də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran nəticələrin əldə olunmasında birgə səmərəli səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, bu, dost Serbiya və Azərbaycan xalqlarının maraqlarına tam uyğundur.

Fürsətdən istifadə edərək, Serbiya Respublikasının ərazi bütövlüyününsuverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinizə və qondarmaKosovonun birtərəfli şəkildə elan olunmuş müstəqilliyini tanımadığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülhrifah arzu edirəm.

Hörmətlə,

 

Aleksandr Vuçiç

Serbiya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2017.-25 avqust.- S.3.