“Qarabağ”ın Kopenhagen zəfəri

 

Ağdam klubu tarixdə ilk dəfə Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək

 

23 avqust 2017-ci il... Danimarkanın paytaxtı Kopenhagen, “Tella Parkenstadionu və “Qarabağ”ın möhtəşəm zəfər gecəsi. Həmin gün Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazıldı.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Kopenhagen” komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıran Ağdamın “Qarabağ” komandası Azərbaycan futbolu tarixində bir ilkə imza ataraq qrup mərhələsinə vəsiqə qazandı. Danimarka təmsilçisi ilə Bakıdakı görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ağdamlılar “Tella Parken”də 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində adını ilk dəfə qrup mərhələsinə yazdırıb.

Bir həftə idi ki, Azərbaycanın diqqəti məhz bu oyuna yönəlmişdi. Hamı Bakıdakı 1:0 hesablı qələbədən sonra ağdamlı futbolçuların səfər oyunundan da sərfəli nəticə ilə qayıdaraq tarix yazacağına inanırdı.

Oyunun qısa təhlilinə başlamazdan öncə maraqlı bir məqamı qeyd etmək istərdik. Matç günü saat 18:00-ı göstərirdi. Dostlarla qərara gəldik ki, görüşü paytaxtımızda yerləşən məkanlardan birində kollektiv şəkildə izləyək. Adətən, qarşılaşmanın gedişində aparılan müzakirələr daha maraqlı və həyəcanlı olur. Bir neçə məkanda bildirdilər ki, “Qarabağ”ın matçını izləmək üçün yerlər bir həftə bundan əvvəl sifariş edilib. Bir sözlə, “Kopenhagen”-”Qarabağ” matçına böyük marağın şahidi olduq. Milyonların gözü ölkəmizdə ekran qarşısında idi, qəlbləri isə Kopenhagendə döyünürdü. Bütün dualarQarabağüçün idi.

Oyunun ispaniyalı baş hakimi Alberto Undiano Mallenkonun start fitindən sonra meydan sahiblərinin əsasən sol cinahdan hücumlar təşkil etməklə erkən qol vurmağı planlaşdırdıqlarını gördük. AncaqQarabağ” rəqibə meydançanın mərkəzində pressinq tətbiq edərək onların cinahlara ötürmələrinin qarşısını ilk 20 dəqiqə ərzində çox yaxşı aldı. 30-cu dəqiqədən etibarən isə “Kopenhagenoyun taktikasında dəyişikliyə getdi. Oyunu qısa ötürmələrlə müdafiədən quraraq, meydançanın mərkəzində çoxlu sayda paslara üstünlük verməklə uzun ötürmələr sayəsində Santander və Pavloviçə imkanlar yaratmağa çalışırdılar. Lakin müdafiəçilərimiz rəqibə daha yaxın oynayaraq bunun qarşısını almağa müvəffəq oldular.

Avqustun 23-də qəzetimizdə dərc olunanQarabağ Danimarkada tarix yazmalıdır” sərlövhəli məqalədə bütün bu amillərə toxunulmuş, standart vəziyyətlərdə diqqətli olmağın, müdafiəçlərimizin rəqibə daha yaxın oynamağın vacibliyini qeyd etmişdik. İlk hissənin başa çatmasına bir dəqiqə qalmış danimarkalı futbolçuya qarşı edilmiş qayda pozuntusuna görə verilən cərimə zərbəsindən sonraKopenhagenin hücumçusu Santander qapıçımız Şehiçin hava mübarizəsində səhvindən yararlanaraq hesabı açdı.

Fasilədən sonra tədricən oyunu meydançanın rəqibə aid hissəsində keçirməyə çalışan ağdamlı futbolçular hücumda çoxalmağa başladılar. Belə epizodlardan birində 63-cü dəqiqədə Ansi Aqollinin sol cinahdan ötürməsini Dino Ndlovu qapının sağ küncünə göndərərək hesabda tarazlığı bərpa etdi.

Qolun sevincini tam yaşamamış, yaranan adi diqqətsizlikdən sonra 66-cı dəqiqədə Pavloviç baş zərbəsi ilə “Kopenhageni hesabda irəli çıxardı. Bundan sonra daha diqqətli oynayanQarabağ” rəqibin təzyiqinin qarşısını almağı bacardı.

Budur, görüşün ispaniyalı referisi Alberto Undiano Mallenko əsas vaxta 2 dəqiqə əlavə edir. Qarabağ”ı tarixi zəfərdən saniyələr ayırır. Nəhayət, hakimin matçın başa çatdığını bildirən final fiti səslənir. 40 minlikTella Parkenstadionu sükuta qərq olur. Yerli azarkeşlər yaranan şokdan başlarını tutaraq, rəqib futbolçular isə məyus halda yerə yıxılaraqQarabağ”ın tarixi zəfərini seyr edirlər. Futbolçularımızın sevinc səsləri, Qurban Qurbanovun isə göz yaşları ən diqqətçəkən məqamlardan biri oldu. Azərbaycanlı çalışdırıcının sevincdən doğan göz yaşları bundan əvvəlki illərdə çəkilən əziyyətlərin xoş sonluğu idi. Stadionda oyunu canlı izləyən 2 mindən çox azarbaycanlı azarkeşinQarabağsədaları stadiondan eşidilirdi.

Həmin an Bakıda böyük coşqu var idi. Bütün şəhəriQarabağ, Qarabağşüarları bürümüşdü. Qarabağklubunun bayraqlarını başlarının üstündə tutan şəhər sakinləri gecə boyunca bu böyük uğuru böyük sevinclə qeyd etdilər.

Kopenhagendə tarix yazanQarabağavqustun 24-də vətənə qayıtdı. Ağdam təmsilçisini qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yollandıq. Komandamızı azarkeşlər, onların ailə üzvləri, futbol ictimaiyyəti media nümayəndələri böyük təntənə ilə, gül-çiçəklə qarşıladılar. Hava limanına gələn fan-klubların üzvlərinin əllərində futbolçularımızın şəkilləri, “Qarabağ”la bağlı şüarlar üçrəngli bayraqlarımız dalğalanırdı. Qəhrəmanlarımız gül çələnglərinin əhatəsində sevinc hisslərini yaxınları, qohumları ilə paylaşır, azarkeşlərlə xatirə şəkilləri çəkdirirdilər.

Mətbuata açıqlamalar verənQarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı futbolçuları Danimarkada qazanılan tarixi uğurun xoş təəssüratlarını bizimlə bölüşdülər.

Qurban Qurbanov Azərbaycan futbolu tarixində belə bir uğur qazandıqlarına görə özünü xoşbəxt hiss edirdi: “UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldik. İlk dəfə idi ki, bu turnirin pley-off mərhələsində iştirak edirdik. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hisslərimi tam olaraq sözlə ifadə edə bilmərəm. Final fitindən sonra emosiyalarımı, göz yaşlarımı saxlaya bilmədim. Çəkindiyimiz rəqib yoxdu. Kiminlə eyni qrupa düşəcəyiksə, çıxıb əzmlə oynayacağıq. Hər kəsə təşəkkür edirəm. Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi. Bundan sonra futbola maraq daha da artacaq”.

Komandanın kapitanı Rəşad Sadıqov isə Kopenhagendə çox çətin bir qarşılaşmaya çıxdıqlarını qeyd etdi: “Bilirdik ki, bizi çətin səfər matçı gözləyir. Rəqibin mərhələ keçmək üçün son dəqiqəyə qədər əlindən gələni edəcəyini anlayırdıq.Kopenhagentəcrübəli, hər an təhlükə yarada bilən komandadı. İlk dəqiqədən son dəqiqəyə qədər mübarizə apardıq. Allaha şükürlər olsun ki, qrup mərhələsinə vəsiqə qazanan tərəf biz olduq. Hamıya təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu uğuru qazanmağınızı çox istəyirdi. Neçə illər idi ki, buna doğru gedirdik. Keçən il Çempionlar Liqasını çox üzücü tərk etmişdik. Bu il toplanış dövründə məğlubiyyətlərimiz oldu, hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma birinci gündən bilirdik ki, nəyəsə nail olmaq üçün əziyyət çəkməliyik. Həqiqətən , komanda şəklində çox çalışırdıq. Düşündüyümüz transferlər alınmadı. Hamı daha çox transfer gözləyirdi. Qurban müəllimi bir daha təbrik etmək istəyirəm ki, transfersiz, bu qədər çətinliklərə baxmayaraq, zədəli futbolçularımızın olmasına rəğmən, dünən son nöqtəni qoya bildik, Çempionlar Liqasının qrupuna düşdük. Bu, təkcə bizim qələbəmiz deyil. Qarabağxalqın komandasıdı. Biz hansı komandanı təmsil etdiyimizi bilirik. Odur ki, mübarizə apardıq ki, arzumuza çataq”.

Qarabağ”ın Kopenhagendəki qolunun müəllifi Dino Ndlovunun da sevincinin həddi-hüdudu yox idi: “ deyə bilərəm? “Qarabağməqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən sevincliyəm. Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik”.

Komandamızın tarixi uğuruna dünya mətbuatı da böyük diqqət ayırıb. İspaniyanın məşhur idman nəşri olanMarcaqəzetiQarabağfutbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı məqalə dərc edib. MəqalədəQarabağ”ın heyətində oynayan ispaniyalı Miçelin məşqçilərdən Ruben Sellesin fikirləri yer alıb. Eyni zamanda Ağdam təmsilçisinin bu mövsüm UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçdiyi yoldan da bəhs edilib.

Türkiyənin Rusiyanın aparıcı telekanallarında daQarabağ”ın Kopenhagendəki tarixi zəfərindən söhbət açılıb, komandanın oyunu yüksək qiymətləndirilib.

Beləliklə, ardıcıl 3 mövsümdür UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparanQarabağ”ı indi daha böyük oyunlar, təcrübələr gözləyir. Bir neçə gün bundan əvvəl qeyd etdiyimiz inandığımız tarixTella Parken”də yazıldı. 2000-ci ildə həmin stadionda TürkiyəninQalatasaraykomandasının UEFA Kubokunu qazanaraq yazdığı tarixi 17 ildən sonraQarabağÇempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla yenilədi Vətənə qəhrəman kimi qayıtdı.

Təbriklər, Qurban Qurbanov!

Təbriklər, “Qarabağ”!

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2017.-25 avqust.- S.8.