Azərbaycan dünyada sivilizasiyalararası dialoqa töhfə verən ölkə kimi tanınır

 

Müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan xalqlar arasında yaranan yeni münasibətlər milli-mənəvi dəyərlərə də təsirsiz ötüşmür. Xalqımızın mənəvi dəyərləri, onların qorunub saxlanması və inkişaf etdirilməsi indiki qloballaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə elə bir mədəniyyət yoxdur ki, etnik, milli və bəşəri dəyərləri özündə birləşdirməsin.

Son illər Qərb və Şərq sivilizasiyaları arasında sıx qarşılıqlı əlaqə və əməkdaşlığa zərurət daha da artmışdır. Bunu Bakıda keçirilən beynəlxalq tədbirlər də belə deməyə əsas verir. “Bu gün Azərbaycan dünyada sivilizasiyalararası dialoqa mühüm töhfə verən, mədəniyyət və incəsənət festivallarına, beynəlxalq humanitar forumlara evsahibliyi edən ölkə kimi tanınır”. Bu fikirlər Bakıda uğurla başa çatan 41-ci Dünya Skaut Konfransında iştirak edən 157 xarici ölkədən gəlmiş nümayəndələrin çıxışlarında, kütləvi informasiya vasitələrinə müsahibələrində də öz əksini tapıb.    

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin qorunub-saxlanılmasında, dinindən və dilindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların mənəvi birliyinin möhkəmlənməsinə xüsusi önəm vermişdir. Ulu öndərin siyasi kursunu  uğurla davam etdirən Prezident İlham Əliyev 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxışında demişdir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”.

Bu dəyərlər həm də ölkəmizdə yaşayan müxtəlif millətlərə, azsaylı xalqlara olan ehtiramın göstəricisidir. Ölkə rəhbərinin tövsiyələrinə əsasən, Azərbaycanda mədəniyyətlərin dini və dünyəvi tərəfləri ahəngdar inkişaf edir. Vətəndaşlar tərəfindən islami dəyərlərin müasir həyatımızda roluyeri yüksək qiymətləndirilir. Bu isə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının bariz nümunəsidir. Bu siyasət özünü dini azadlıqların təmin edilməsində, məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək və qayğı göstərilməsində, habelə dinlərarası münasibətlərin qarşılıqlı əməkdaşlıq əsasında qurulmasında göstərir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Dövlət insanlara bütün azadlıqları vermişvicdan azadlıqlarını, din azadlıqlarını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dinvicdan azadlıqlarını təsbit etmişdir, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq”. Azərbaycan həmişə müxtəlif xalqlara, millətlərə, dinlərə mənsub olan insanların birgə yaşayıb-yaratdığı ölkə olub. Ölkəmiz bu gün də müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi bütün dünyada tanınır. Bu tanışlıq müxtəlif xalqların, millətlərin nümayəndələrinin azad, bərabər, dincsülh şəraitində birgə yaşamasında özünü daha qabarıq göstərir. Azərbaycandakı milli, etnik, irqi və dini-mədəni müxtəliflik yüksək mənəvi dəyərlərin təcəssümüdür. Bu baxımdan dünyada mədəniyyətlərarası dialoqun inkişafı və zərurətə çevrilməsi qlobal problemlərin mədəni müstəvidə həlli üçün mühüm aktuallıq kəsb edir. Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda dövlətlə din arasındakı münasibətin nümunəvi xarakter daşıdığını xüsusi vurğulayaraq deyir ki, dinlərarası dialoqun Bakıda ardıcıl olaraq yüksək səviyyədə təşkili bütün xalqlar və dinlər üçün əvəzsiz bir nümunədir.

Ölkəmizdə dinlər və sivilizasiyalararası əməkdaşlıq və dialoq müvəffəqiyyətlə davam etdirilir. Bu məqsədlə ölkəmizdə, xüsusilə Bakıda keçirilən beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu ictimai xadimləri, alimlər, mədəniyyətlərarası mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edirlər. 2015-ci ilin martında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransa parlamentinin üzvü Natali Qulenin çıxışında demişdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu, tam dünyəvi bir ölkədir. Burada yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid ölkə olmasına baxmayaraq, digər ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycan radikal islama qarşı mübarizə aparır və bu sahədə xüsusilə fərqlənir”.

Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Piter Teyz isə mətbuata açıqlamasında bildirmişdir:  Dünya birliyi bilməlidir ki, Bakının mərkəzində bərpa olunmuş erməni kilsəsi var, Azərbaycan hökuməti burada erməni dilində beş mindən çox kitabı qoruyub saxlayır. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri suveren Azərbaycanın ərazisində etnik təmizləmələr, kütləvi qətllər törədib, mədəni, diniarxeoloji irs obyektlərini dağıdıblar”.

Bu gün dünyanın hər tərəfindən tədqiqatçılar, siyasətçilər və dövlət adamları  xalqlararası mədəniyyətləri yaxınlaşdırmaq üçün ölkəmizə gəlirlər. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir. Nüfuzlu beynəlxalq forumların Azərbaycanda keçirilməsi dünya birliyinin ölkəmizə olan yüksək etimadı, dövlətimizin multikultural siyasətinin əyani göstərcisidir. Bu, bir daha sübut edir ki, zəngin mədəni irsimiz dünyanın dörd bir yanında yüksək səviyyədə təqdim və təbliğ olunur. Yüksək mədəniyyətlilik, multikulturalizm xalqımızın əsrlərdən bəri qoruyub saxladığı, tarixən dəyişməz olan zəngin milli-bəşəri  səviyyəsinin parlaq nümunəsinə çevrilmişdir. Bu, xalqımıza xas olan və qədimdən gələn dəyər olaraq müstəqil Azərbaycanın ideya əsası, ölkəmizdəki bütün konfessiya və etnosların birgə yaşayışının tarixi-mədəni təcrübəsidir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.-27 avqust.- S.4.