Ölkəmizin enerji təhlükəsizliyi möhkəmləndirilir

 

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə innovativ inkişafın sürətlənməsində mühüm əhəmiyyətə malikdir

 

Son zamanlar enerji resurslarına olan tələbatın artması, ənənəvi enerji resurslarının məhdudluğu və bu hesaba enerji istehsalı prosesi ilə bağlı yaranan texnogen problemlər dünyada dayanıqlı enerji təminatının əsas mənbələrindən biri hesab edilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin zəruriliyini yaradıb. Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan enerji mənbələrindən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla, alternativ enerji mənbələrinin payına düşür.

 

Külək, günəş, hidro, biokütlə, geotermal enerji mənbələrindən səmərəli istifadəyə ehtiyac var

 

Azərbaycan böyük ənənəvi enerji resurslarına - neftqaz ehtiyatlarına malikdir və yaxın yüz ildə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Amma ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulması son zamanlarda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ (bərpa olunan) enerji növlərindən istifadəyə marağı artırıb. Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan Azərbaycan ekoloji cəhətdən təmiz alternativ enerji mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə gətirməklə və ölkənin təbii potensialından istifadə etməklə istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaət olunması ilə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da miqdarını xeyli azaltmaq mümkündür.

Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbulu da bu istiqamətdə atılan mühüm addım idi. Dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret məsələlər qoyulmuşdu. Dövlət proqramından irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə 16 iyul 2009-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradıldı. Artıq bu istiqamətdə sistemli və məqsədyönlü işlər aparılır.

 

Günəş texnologiyasına əsaslanan “ağıllı” işıqlandırma sistemləri

 

Prezident İlham Əliyev tərəfindən alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə diqqəti çəkir. Təkcə bu il dövlət başçısının açılışlarında iştirak etdiyi və fəaliyyət istiqaməti ilə tanış olduğu müəssisələr bu sahədə görülən işlərin real təzahürüdür.

İyulun 21-də “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışını edən Prezident İlham Əliyev avqustun 19-da Samux Aqroenerji Yaşayış Kompleksinin fəaliyyəti ilə tanış oldu.

“Pirallahı” GES layihəsinin məqsədi rayonda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” GES layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir. Bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub.

Burada ümumilikdə 4400 günəş paneli quraşdırılıb. Layihə çərçivəsində “Bir ev-bir elektrik stansiyası” prinsipi əsasında Pirallahıda 235 nömrəli məktəbdə 25 kVt-luq günəş elektrik stansiyası quraşdırılıb. Növbəti illərdə bu stansiyanın məktəbin balansına verilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə 85 metr hündürlüyündə stasionar və “KamAZavtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb. Bu kompleksə günəş müşahidə stansiyası, mobil külək müşahidə stansiyası, küləyin sürətini və istiqamətini ultrasəs metodu ilə ölçən “Dopler SODAR” daxildir. Kompleks ölkə üzrə istənilən ərazidə stasionar rejimdə hər 20 metr məsafədə və 20-300 metr hündürlükdə bütün geofiziki-metroloji parametrləri ölçməyə və təhlil etməyə imkan verir.

Açılış mərasimində Prezident İlham Əliyev “Azgüntexzavodunda istehsalı nəzərdə tutulan günəş və külək texnologiyaları əsasında hazırlanan qurğu və avadanlıqlarla da maraqlanıb. Qeyd edilib ki, agentliyin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq günəş texnologiyasına əsaslanan küçə və istirahət parkları üçün “ağıllı” işıqlandırma sistemləri hazırlanacaq. Bu sistemlər stasionar xarakter daşımaqla müstəqil rejimdə işləməyə qadirdir.

 

Üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissəsi

 

Yeni layihələrdən biriSamux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerjibioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan kompleks özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizdə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə olan tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirakixrac potensialının artırılmasıdır.

Layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb.

Layihə 31 MVt-lıq elektrik və 48 MVt-lıq istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.

 

İldə 60 milyon kubmetr təbii qaza qənaət

 

Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat/saatdan artıq elektrik və 100 min heka kaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin fəaliyyəti ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntexzavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.

 

Müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqon

 

Respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə də tətbiqi nəzərdə tutulub.

Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqondurbu təcrübənin digər rayonlardaxarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yaradacaq.

Bütün bunlar bir daha təsdiqləyir ki, yerləşdiyi əlverişli coğrafi mövqeiqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir.

Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə paytaxt Bakıda, şəhər və rayonlarımızda, eləcə də Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji hesabına yeni istilikelektrik enerjisi güclərinin yaradılması, habelə bərpa olunan enerji növü kimi üzvi maddələrdən və tullantılardan yeni enerji məhsullarının əldə olunması istiqamətində müxtəlif layihələr icra edilib.

Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə enerji istehsalının artırılması ilə yanaşı, digər təbii ehtiyatlardan, o cümlədən torpaq, sukarbohidrogen ehtiyatlarından daha effektiv və səmərəli istifadəyə şərait yaradacaq, respublikanın karbohidrogen ixrac potensialını daha da genişləndirəcək. Ümumiyyətlə, alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi istehlakçıların enerji ilə təchizatının təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni yerlərinin açılmasında mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, o cümlədən prioritet hesab edilən alternativ və bərpa olunan enerjidən səmərəli istifadə məqsədilə konkret tədbirlərin həyata keçirilməsi bu sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaradıb.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-30 avqust.- S.1-2.