Düşünülmüş mükəmməl konsepsiya

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Strateji Yol Xəritəsi Azərbaycanın modern inkişafının lokomotividir

 

Ötən əsrin 90-cı illərinin əvvəlində ağır sosial-iqtisadi vəziyyətə düşən, ərazisinin 20 faizi Ermənistanın təcavüzünə məruz qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan, eləcə də beynəlxalq dəstəkdən məhrum edilən Azərbaycan dövlətinin adı bu gün dünyanın inkişaf etməkdə olan ölkələri sırasında çəkilir. Bu, bir dövlət üçün son dərəcədə ciddi irəliləyişdir. Bu gün regionun lider dövlətinə çevrilən Azərbaycanın hərtərəfli düşünülmüş mükəmməl konsepsiya əsasında tərəqqi etdiyi göz önündədir.

Prezident İlham Əliyevin son 14 il ərzində həyata keçirdiyi düşünülmüş, qətiyyətli daxilixarici siyasəti, gerçəkləşdirdiyi iqtisadi islahatları ilə Azərbaycan Avrasiya məkanının ən uğurlu ölkələrinin sıralarına daxil olub. İlk növbədə, milli inkişafı, iqtisadi təhlükəsizliyi təmin edən Azərbaycan dövləti artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Həyata keçirilən davamlı islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir.

Təbii ki, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması istiqamətində yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları müstəsna əhəmiyyət kəsb edir. Ötən il dekabrın 7-də Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman isə iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi. Dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinsosial rifahın daha da yüksəlməsinə xidmət edən strateji yol xəritələri hazırlandı. Bu sənəd qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirən mühüm sənəd oldu.

Neftqaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiyainformasiya texnologiyalarının, kommunal xidmətlərin (elektrikistilik enerjisi, suqaz) inkişafına dair hazırlanan strateji yol xəritələri ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş imkan və perspektivlər açdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış, iqtisadi inkişafın lokomotivi olan bu strateji yol xəritələri Azərbaycanın indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruduğunubundan sonrakı strategiyanın mərkəzində məhz insan amilinin dayandığını bir daha təsdiqlədi.

Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi ilə bağlı mühüm qərarlar qəbul edilsə də, mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini zəruri edir. Eyni zamanda, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat, ictimai iştirakçılıq sistemlərinin tətbiqi vacib şərt hesab olunur. Ona görə də Prezident İlham Əliyev aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Bu mərkəzin missiyası aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etməkdir. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makromikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Prezidentin digər fərmanları ilə ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək məqsədilə isə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Həmçinin ixracın təşviqi məqsədilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələrinin fəaliyyət göstərilməsi ilə bağlı qərar verilib.

Bütün bunlar Prezident İlham Əliyevin yeni iqtisadi islahatlar konsepsiyanın tərkib hissəsidir və milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləridir. Strateji Yol Xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəddir. Bu sənəd 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji Yol Xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb. Sənəd təkcə inkişaf məqsədlərini və prinsiplərini əhatə etmir. Hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorlar öz əksini tapıb. İstehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial və 3 infrastruktur sektorunu əhatə edən Strateji Yol Xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədidir.

Bütün prioritet istiqamətlər bir daha təsdiqləyir ki, Strateji Yol Xəritəsi iqtisadiyyatın inkişafı ilə bağlı yeni yanaşmanı ortaya qoyur. Strateji hədəfləri müəyyənləşdirən sənəd iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq. Strateji Yol Xəritəsi fərqli iqtisadi sektorların inkişafına dair sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-31 avqust.- S.1.