Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

 

Əliyeva Bəstixanım İsgəndər qızı

Əliyeva Ruhəngiz Ağabala qızı

Quliyeva Sima Əhməd qızı

Sadıxova Nairə Hafiz qızı

Tağıyeva Xatirə Sətdar qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.2.