Cənubi Qafqazın ən moderngüclü ordusu

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə arsenalını yeni nəsil silahtexnikalarla zənginləşdirən Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir

 

Güclü ordu dövlətin və onun xalqının təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Torpaqlarımızın işğal altında qaldığı bir vaxtda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim artırılması qarşıda dayanan mühüm vəzifədir. Çünki 29 ildir Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üz-üzədir.

Bu dövrdə respublikamızın 20 faizə qədər ərazisi işğal olunub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dünyanın əksər beynəlxalq təşkilatlarının müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycanın bütün istila edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan buna məhəl qoymur. 1994-cü ildən başlayaraq aparılan sülh danışıqlarına gəldikdə isə, bütün həll variantları yenə də Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmır.

 

Modern silahlar və hərbi texnikalarla təchiz edilən Azərbaycan Ordusu

 

Ancaq sülh danışıqlarının nəticəsiz qaldığı, Ermənistanın təxribatlarının davam etdiyi şəraitdə Azərbaycanın münaqişənin hərb yolu ilə həllini nəzərdən keçirməsi qaçılmazdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan öz çirkin mövqeyindən geri çəkilməyəcəyi halda Azərbaycan müharibə variantına gedə bilər.

Müharibə variantında kimin qalib gələcəyini bütün dünya bilir. Təkcə ordumuzun ötənilki aprel zəfərini misal gətirmək yetərlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın inkişafı və artan maliyyə imkanları Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Hazırda Cənubi Qafqazın ən böyük gücünə malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.

Həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında qərarlaşan Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Bu faktı beynəlxalq analitik mərkəzlərin mütəmadi açıqladıqları reytinq siyahıları da təsdiqləyir. Avqust ayında “Global Firepower” beynəlxalq şirkətinin dünyanın ən yaxşı ordularının yenilənmiş reytinqi ilə bağlı hazırladığı hesabatda Azərbaycan Ordusu 58-ci pilləyə yüksəlmişdi. İşğalçı Ermənistanın ordusu isə siyahıda 93-cü yeri tuta bilmişdi.

 

İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik

 

Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda, genişmiqyaslı təlimlərdə görüb. Hər kəs Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.

Azərbaycan dövləti həmişə olduğu kimi, bu il də Silahlı Qüvvələrinin hərbi potensialının gücləndirilməsinə böyük diqqət göstərib. Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir artilleriya qurğuları, ən müasir reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket kompleksləri, zenit-raket kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib.

Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri bu gün havada, sudaquruda vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti müxtəlif ölkələrdən yeni silahlar, ən müasir texnika almaqla ordunun arsenalını gücləndirməkdə davam edir. Ali Baş Komandan İlham Əliyev bu məsələyə toxunaraq deyib: “Bugünün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac varbuna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”.

Əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsinə, müasir silahlara, modern texnologiyaya yiyələnməsinə geniş imkan yaradıb. Bu gün Azərbaycan güclü hərbi-sənaye kompleksi formalaşdırıb və ən güclü hərbi sənayeyə malik olan ölkələrdən biridir.

 

Döyüş qabiliyyəti, texniki təchizat, yeni hərbi hissələrin inşası...

 

Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur.

Ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişafgüclü ordudur. Ordu quruculuğu istiqamətində həyata keçirilən layihələr arasında yeni hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması, cəbhə bölgəsində zabitlər üçün yaşayış komplekslərinin tikintisi mühüm yer tutur. Bütün bu prosesləri Ali Baş Komandan İlham Əliyev daim diqqət mərkəzində saxlayır.

Noyabrın 27-də Ali Baş Komandanın göstərişinə əsasən cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışı, noyabrın 28-də isə dövlət başçısının Tərtər və Ağcabədi rayonlarının ərazisində yerləşən “N” saylı hərbi hissələrdə yaradılan şəraitlə şəxsən tanış olması söylənilənləri bir daha təsdiq edir.

Öncə Tərtərdəki “N” saylı hərbi hissədə olan Ali Baş Komandan burada yaradılan şəraitlə tanış olub. 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib.

Ağcabədidəki “N” saylı hərbi hissədə isə qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər binalar inşa olunub. Qərargah binasında komandirlərin otaqları, konfrans zalı və digər otaqlar var. Binada komandir heyətinin səmərəli və operativ işləməsi üçün bütün zəruri şərait mövcuddur.

Ali Baş Komandan İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə maraqlanıb. Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissədə interaktiv təlim-məşq sistemimövcuddur. Burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Bütün bunlar ölkəmizdə son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir. Bu hərbi hissələrdə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib. Buna görə, haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır.

 

Döyüşkən ruhlu ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir

 

Göründüyü kimi, iki hərbi hissənin timsalında ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruqbu şərait də, öz növbəsində, Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Döyüş qabiliyyəti gücləndiriliən ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Bununla da millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətin varlıq, mövcudluqmilli kimlik meyarı kimi çıxış edir. Xalqın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır. Böyük ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərir ki, Azərbaycan xalqı torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.

Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq deyib: “Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik... Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın”.

Həqiqətən, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Ordumuzun aprel zəfəri bu vəhdətin təsdiqi oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır. Son dövrlərin hərbi uğurları da xəbər verir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.1; 9.