XİN: “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək nazirlər konfransına 250-dən çox nümayəndə qatılacaq

 

Konfransı işıqlandırmaq üçün 100-dən artıq yerli və xarici KİV nümayəndəsi akkreditasiyadan keçib

 

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı Bakıda keçiriləcək. Noyabrın 30-da isə konfransın yüksək səviyyəli nümayəndələr səviyyəsində işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a verdiyi açıqlamada bildirib ki, “Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

Qeyd edib ki, VII nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və təşkilat olaraq Əfqanıstan İslam Respublikasının Prezidentixarici işlər naziri, eləcə də Türkiyə, Pakistan, İranın xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğız Respublikasının, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, RusiyaÇinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konfransda İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniyaNorveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcəklər.

Eyni zamanda, İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar olaraq Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktor müavini, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavininin və digər beynəlxalq təsisatların təmsilçilərinin iştirakı planlaşdırılır.

Ümumilikdə tədbirdə 250 nəfərdən çox nümayəndə iştirak edəcək.

“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində VII nazirlər konfransını işıqlandırmaq üçün 100-dən artıq yerlixarici KİV nümayəndəsi akkreditasiyadan keçib.

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.9.