Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 695; 2007, ¹ 5, maddə 437, ¹ 10, maddələr 932, 938; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 6; 2014, ¹ 11, maddə 1374; 2015, ¹11, maddə 1273; 2016, ¹ 6, maddə 992; 2017, ¹ 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı maddəyə “və ya” sözlərindən sonra “onların (onların hissələrinin)” sözləri əlavə edilsin.

2. 8.2-ci maddədə “üçsözüdördsözü ilə əvəz edilsin.

3. 8.2.3-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.4-cü maddə əlavə edilsin:

“8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 2 dekabr.- S.4.