Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 761-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1641; 2017, ¹ 6, maddə 1098) ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 7.21-ci bənddə “elektron viza” sözləri “çap edilmiş elektron vizanı və ya həmin vizanın” sözləri ilə əvəz edilsin.

2. 8.2.6-cı yarımbəndin üçüncü abzasının birinci cümləsində “elektron viza” sözləri “çap edilmiş elektron vizaya həmin vizanın” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-6 dekabr.- S.3.