Azərbaycan RespublikasınınRəşadətordeninin statute

 

Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

1.1. Azərbaycan RespublikasınınRəşadətordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

1.1.2. əhəmiyyətli ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

1.1.3. vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin döyüş texnikasının məhv edilməsində igidlik mərdlik nümunəsi göstərdiklərinə görə;

1.1.4. həyat sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd qətiyyətli hərəkətlərinə görə;

1.1.5. fövqəladə hallarda ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

1.1.6. dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

1.2. Azərbaycan RespublikasınınRəşadətordeninin üç dərəcəsi vardır.

1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəliRəşadətordeni ən yüksək dərəcəlidir.

1.4. Azərbaycan RespublikasınınRəşadətordeninin dərəcələri ardıcıllıqla verilir.

 

Maddə 2. Taxılma qaydası

Azərbaycan Respublikasının “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

 

Azərbaycan.- 2017.- 6 dekabr.- S.2.