Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 9.3.4-1-ci maddə əlavə edilsin:

“9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;”.

2. Aşağıdakı məzmunda 17.1.5-1-ci maddə əlavə edilsin:

“17.1.5-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 6 dekabr.- S.3.