Azərbaycan 172 dəniz dövləti arasında ön sıradadır

 

Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq üçün rəsmi müraciət ediblər

 

Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşduğu 26 il ərzində iqtisadidemokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Ötən 14 ildə Prezident

İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində isə qazanılmış uğurlar daha da möhkəmlənmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırmışdır.

 

Azərbaycan qlobal tranzit qovşağına çevrilir

 

Əlverişli geostrateji mövqeyə malik Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsinə yönələn Heydər Əliyev strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qətiyyəti bir çoxları üçün əfsanə hesab olunan layihələri reallığa çevirib.

Bu layihələrdən Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, icrası uğurla reallaşan dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihəsindən biri, Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri layihəsi olan “Cənub qaz dəhlizi”ni, təntənəli açılışı olan “Dəmir İpək Yolu”- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini, “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasını göstərmək olar. Qeyd edək ki, siyasi özəyi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən Prezident İlham Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində reallığa çevrilən “Dəmir İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında ən qısa yoldur.

Azərbaycan artıq qlobal tranzit qovşağının mərkəzinə çevrilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması istiqamətində dövlət başçısının təşəbbüsləri uğurla nəticələnir və bu sahəyə yönələn irihəcmli dövlət investisiyaları nəzərdə tutulan işlərin maneəsiz aparılmasına real zəmin yaradır. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu xətlərinin inşası və yenidən qurulması, yeni beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit daşımalarında iştirak miqyasını dəfələrlə artırır.

 

Dövlət Dəniz Administrasiyasının səmərəli və effektiv fəaliyyəti

 

Azərbaycanın nəqliyyat sektorunu dəniz sferası olmadan təsəvvür etmək çətindir. Tarixi inkişaf yolu keçən dəniz nəqliyyati bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Müstəqillik qazanıldıqdan sonra, xüsusən isə müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Bu vacib prosesin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı funksiyasını daşıyan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası dövlət başçısının 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamına əsasən yaradılıb.

Sərəncamda Azərbaycanda dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə aid edilib. Azərbaycan Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsasnamə”yə müvafiq olaraq, administrasiya Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.

Administrasiya yaradıldığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, verdiyi tapşırıq və tövsiyələri uğurla yerinə yetirir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Dövlət Dəniz Administrasiyasının əməkdaşlarının sosial rifahının yaxşılaşması, maddi texniki bazanın gücləndirilməsi və inkişafı istiqamətində də vacib addımlar atılıb.

Dövlət başçısının 14 mart 2014-cü il tarixli 338 nömrəli Sərəncamına əsasən ölkəmizin ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin 23 may 2014-cü il tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş nizamnaməyə əsasən adıçəkilən mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir.

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərməkdədir.

 

Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış mərkəz

 

“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları - Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peykradarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsindən, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkilindən, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

 

Uğurlu beynəlxalq əməkdaşlıq

 

Hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub. Bu normaların effektiv fəaliyyət göstərən bir təşkilatda müzakirə və qəbul edilməsinin vacibliyi nəzərə alınaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılıb. Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub.

BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin sayı hazırda 172-dir. Beynəlxalq Dəniz Təşkilatının məqsədi dəniz gəmiçiliyinə aid istənilən texniki məsələlərdə dövlət tənzimlənməsini və bu sahədə dövlətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi, dənizin gəmilər vasitəsilə çirkləndirilməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təşkil etmək və buna şərait yaratmaq, təşkilatın məqsədilə əlaqədar inzibatihüquqi məsələləri nəzərdən keçirməkdir.

Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.

Dövlət Dəniz Administrasiyası tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Administrasiyası tərəfindən verilən diplomsertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınmışdır və xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “ siyahısı”na daxil edilib.

Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiyakimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiyaprotokola qoşulub. Beynəlxalq konvensiyaprotokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında” Prezidentin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli Sərəncamında Azərbaycanda dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin administrasiyaya tapşırılması məsələsi öz əksini tapıb. Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu konvensiyaların tələblərinin yerinə yetirilməsinə nəzarət işini həyata keçirərək müvafiq sahədə böyük uğurların qazanılmasını təmin edib.

 

Beynəlxalq ekspertlər görülən işlərə yüksək qiymət verir

 

Respublikamızda dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülmüş işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq ölkəmizə səfərlər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir. Eyni zamanda Dövlət Dəniz Administrasiyası tərəfindən mütəmadi olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində görülmüş işlər və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması səviyyəsi barədə adıçəkilən təşkilatlara illik hesabatlar təqdim edilir.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi

(IMSAS) üzrə adıçəkilən təşkilatın 10 dekabr 2013-cü il tarixli qətnamələrinə əsasən Audit Ekspert Qrupu 2017-ci ilin 28 may - 6 iyun tarixlərində Azərbaycan Respublikasında səfərdə olub.

Keçirilmiş audit yoxlaması zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlarbu məqsədlə təsdiq olunan mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Audit yoxlamasının həyata keçirildiyi müddət ərzində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə ölkəmizdə fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olanlimanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb.

Keçirilən audit yoxlamasının nəticələrinə əsasən müəyyən olunub ki, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur və Audit Ekspert Qrupu tərəfindən gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında və ümumiyyətlə, Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Bununla yanaşı, gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədilə qanunvericiliyimizdə nəzərdə tutulan ixtisas tələbləri yüksək qiymətləndirilib, bu tələblərin və Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində formalaşdırılan digər bir sıra nəzarət mexanizmlərinin dəniz dövlətləri üçün ən yaxşı təcrübə (“Best practise”) ola biləcəyi xüsusilə vurğulanıb.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını həyata keçirən liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesi, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılması və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsinin Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğubu sahədə respublikamızda əldə edilən nailiyyətlərin təqdirəlayiq olduğu Audit Ekspert Qrupu tərəfindən qeyd edilib.

Həmçinin Dövlət Dəniz Administrasiyası ilə Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər qurumlar arasında formalaşdırılan əməkdaşlıq mexanizmlərinin, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkilinin Audit Ekspert Qrupu tərəfindən Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluğu müəyyən edilib.

Audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan Prezidenti tərəfindən formalaşdırılan dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan respublikamızda region dövlətləri ilə yanaşı, dünyanın qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir.

Bu ilin 28-29 sentyabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında Beynəlxalq Dəniz Təşkilatının dəniz səfirləri üçün təşkil olunmuş görüş keçirilib. Görüşdə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının əməkdaşı da iştirak edib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr - 6 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edib.

 

Azərbaycan Avropa dövlətlərini geridə qoyur

 

Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil - qərargahında keçirilən iclasda assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017-ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənilib.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may - 6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov çıxış edib. Dövlət Dəniz Administrasiyasının rəisi bildirib ki, audit yoxlamanın nəticələrinə əsasən, Azərbaycan 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

Audit yoxlamasından uğurla çıxan Azərbaycan Dövlət Dəniz Administrasiyasının qazandığı müsbət nəticələr Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olub. Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər olan Belarus və Ukraynanın təmsilçiləri Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini və tezliklə geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəklərini bildiriblər. Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəhbərliyi də noyabr ayında bu məqsədlə Azərbaycana səfərə gəlmişdi.

İclasda 2017-ci ildə keçirilən digər audit yoxlamaların nəticələrinə dair məlumatlar verilib, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatı, Beynəlxalq Dəniz Təşkilatının təlim - tədris mərkəzlərinin hesabatları, 2016 və 2017-ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatlar dinlənilib.

Uzun illər ərzində Beynəlxalq Dəniz Təşkilatına verdiyi töhfəyə görə, seçilən karyera sahibi, 4 il ərzində Beynəlxalq Dəniz Təşkilatının baş katibi olmuş cənab Koji Sekimizuya 2016-cı il üçün nüfuzlu Beynəlxalq Dəniz Mükafatı təqdim edilib. Mükafatı Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim təqdim edib.

Assambleyanın iclasının gedişində “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyanın 16-cı və 17-ci maddələrinə uyğun olaraq növbəti iki illik müddətə Beynəlxalq Dəniz Təşkilatının Şurasına seçkilər keçirilib. Nəticələrə əsasən A kateqoriyası üzrə 10, B kateqoriyası üzrə 10, C kateqoriyası üzrə 20 dövlət seçilib.

 

Dəniz nəqliyyatı qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılır

 

Respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən xüsusi əhəmiyyətli zəruri və önəmli işlərdən biri olan mövcud maddi-texniki bazadan daha səmərəli istifadə edilməsi məqsədi ilə dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlərdir.

Məhz bu məqsədlə 2012-ci ildən etibarən həyata keçirilməsinə başlanılan və iki il müddətinə davam edən “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” respublikamızda dəniz nəqliyyatı sahəsində atılan mühüm addımlardan biridir.

Əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılmasından, həmçinin Avropa İttifaqı qanunvericiliyinin və Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olan bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində Azərbaycan qanunvericiliyinin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyalara uyğun olaraq təkmilləşdirməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihələri, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar qaydaların layihələri işlənib hazırlanıb.

Xüsusi ilə qeyd edilməlidir ki, Avropa İttifaqına və üzv dövlət olan İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə həyata keçirilən effektiv fəaliyyətin nəticəsi olaraq Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətlərin tənzimlənməsi, limanların inşası, açılması, bağlanması qaydaları, limanlarda fəaliyyətin həyata keçirilməsi, o cümlədən xidmətlərin göstərilməsi, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsi kimi müddəaları özündə ehtiva edən “Dəniz limanları haqqında” qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanıb aidiyyəti üzrə təqdim edilib və 2014-cü ilin 18 aprel tarixində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Həmçinin qeyd edilən layihə çərçivəsində “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələrək Avropa İttifaqı qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq hazırlanan 9 qaydanın layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib və təsdiq olunub.

 

Tvinninq layihələri yüksək səviyyədə həyata keçirilir

 

Əldə olunan uğurların davamı olaraq 16 noyabr 2015-ci il tarixdən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı yeni tvinninq layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu layihənin əsas məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarını Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə olmaqla lazımi qaydada həyata keçirilməsində və tətbiq edilməsində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.

Adıçəkilən layihənin məqsədlərinin yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin müvafiq müddəaları ətraflı təhlil edilib və qiymətləndirilməsi aparılıb, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati məsuliyyəti müəyyən edən xətalar nəzərdən keçirilib. Nəticədə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun 2017-ci il 16 may tarixdə Milli Məclis tərəfindən qəbul olunub.

Eyni zamanda layihə çərçivəsində Azərbaycan Respublikası “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə” 1996-cı il tarixli Protokola qoşulub.

Bütün bu qeyd olunanlar tvinninq layihələrinin yüksək səviyyədə həyata keçirilməsinin bariz göstəricisidir.

 

Yenilənən nəqliyyat donanması, güclənən tranzit potensialı

 

Dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən gəmilərin orta yaş həddinin daha da azaldılması başlıca hədəf kimi müəyyən olunub. Ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə xüsusi həssaslıqla yanaşılır.

Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Ölkəmizdə isə iqtisadiyyatın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Bu günqeyd edilən sahəyə diqqət və qayğı Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, “ro-rotipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur ki, bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti kimi tanıtmağa əsas verir.

Azərbaycanda bir neçə il əvvəl inşa olunan Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Gəmiqayırma Zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bunlara nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilən “Xankəndi” sualtı tikinti gəmisini, 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik

“SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına Yarımdalma Qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı Gəmiqayırma Zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardanİsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” Yarımdalma Qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən ikiRoPaxtipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək.

Xüsusi olaraq vurğulayaq ki, quru yük gəmilərinin, tankerlərin, dənizdə neftqaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin inşa edilməsi üzrə geniş texniki imkanlara malik Bakı Gəmiqayırma Zavodu istifadədə olan gəmilərin müasir standartlara uyğun yenilənməsi baxımından respublikamızda fəaliyyət göstərən bütün gəmi sahibləri üçün cəlbedici xarakter daşıyır.

Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malik olan bu sifarişlər yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçünçox mühümdür.

Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasirgüclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

 

Azərbaycan təhlükəsiz və etibarlı dəniz nəqliyyatı yaradıb

 

Regionda lider dövlətə çevrilən Azərbaycan üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, dövlət başçısının rəhbərliyi altında əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artmasına, dövlətimizin etibarlı tərəfdaş kimi tanınmasına, beynəlxalq təşkilatların fəal və nüfuzlu üzvünə çevrilməsinə, habelə regionumuz və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə səbəb olur.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.- 6 dekabr.- S.1; 5.