“Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda konfrans keçirilib

 

Tədbirdə “Made in Azerbaijanbrendinin dünyada tanıdılmasından və bu sahədə coğrafi göstəricilərin əhəmiyyətindən geniş söz açılıb

 

Dekabrın 6-da Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi, Fransa Keyfiyyət və Mənşə Milli İnstitutu (İNAO) və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, konfransın məqsədi coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması, Fransanın çoxillik təcrübəsinin öyrənilməsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına nail olmaqdır. Komitə sədri ölkəmizdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafının dövlətin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrində iqtisadiyyatın inkişaf etdirilməsi üçün sənaye və xidmət sahələrinin ixrac və rəqabətqabiliyyətli xüsusiyyətlərinin ön plana çəkildiyini bildirib: “Bu istiqamətdə uğurla reallaşan islahatlardan biri də ixracın genişləndirilməsi, “Made in Azerbaijanbrendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlardaMade in Azerbaijanbrendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülur”.

Qeyd olunub ki, üzərində coğrafi göstərici daşıyan və ölkəmizin müxtəlif regionlarında ənənəvi istehsal və fəaliyyət sahələrinə aid olan məhsulların xarici bazarlarda tanınması nəticə etibarilə “Made in Azerbaijanbrendinin təşviqinə xidmət edir. Bu məqsədlə coğrafi göstəricilərin əqli mülkiyyət obyektləri sırasında vacib rolu nəzərə alınaraq bu sahənin daha geniş öyrənilməsi, təhlili və coğrafi göstəricilərin hüquqi mühafizəsinin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub. Azərbaycan bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicə əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar təkrarolunmaz xüsusiyyətlərə malikdir. Bununla yanaşı, müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırladıqları məhsulların xarici bazarlara ixracının perspektivləri də yüksək qiymətləndirilib.

Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Serj Krebs iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən danışıb. O bildirib ki, Fransda coğrafi göstəricilərin mühafizəsi sahəsində çoxillik təcrübə formalaşıb. Bu sahədə Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən müşavir qarşılıqlı əməkdaşlığın davam edəcəyini qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, xüsusilə üzümçülük, pambıqçılıq, baramaçılıq və digər sahələrə diqqətin artırıldığı barədə geniş məlumat verib. Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olması, istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyi bir daha tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirib ki, ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olub. O, Azərbaycan mətbəxinin bir çox nümunələrinin coğrafi göstərici kimi qeydiyyatının vacibliyini və mərkəz tərəfindən Azərbaycan mətbəxinə aid dörd minə yaxın nümunənin toplanıldığını qeyd edib. Əlavə olunub ki, bu nümunələrin coğrafi göstərici kimi mühafizəsi ilə bağlı Patent və Əmtəə Nişanları Mərkəzi ilə birgə işlərə başlanılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev 2016-cı ilin 5 oktyabrında yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan fərmanının icrası məqsədilə müvafiq işlər həyata keçirilib. Bu fərmanın “Made in Azerbaijanbrendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi - dəstək tədbirini əhatə etdiyini deyən

AZPROMO rəhbəri bildirib ki, üzərində coğrafi göstərici olan yerli məhsulların xaricdə tanıdılmasının vacib tələblərindən biri də məhsul adlarının həm yerli, həm də beynəlxalq səviyyədə hüquqi mühafizəsinin təmin edilməsidir. Bu sahədə Patent və Əmtəə Nişanları Mərkəzi ilə AZPROMO arasında sıx əməkdaşlıq həyata keçirilir.

Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva “Azərbaycanda coğrafi göstəricilərin qorunması sisteminin ümumi təqdimatı: hüquqiinstitusional aspektlər” adlı məruzəsində coğrafi göstəricilərin hüquqi mühafizəsinin təşviqi istiqamətində son bir il ərzində mərkəz tərəfindən aparılan işlər barədə məlumat verib. Bildirilib ki, bu sahədə aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. Regionlarda coğrafi göstəricilərə dair bir sıra maarifləndirici tədbirlər keçirilir. Cari il ərzində mərkəzə coğrafi göstəricinin qeydiyyatı ilə bağlı 20 ərizə daxil olub. Ümumilikdə ölkəmizdə 12 coğrafi göstərici qeydiyyata alınıb.

Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan, Gürcüstan, UkraynaMoldova üzrə kənd təsərrüfatı sahəsi məsləhətçisi Nikola Perrən “Avropa İttifaqı və Fransanın keyfiyyət siyasətinin təqdimatı: prinsipqaydalar”, Fransanın Keyfiyyət və Mənşə Milli İnstitutunun (İNAO) mütəxəssisi Maud RotmanCoğrafi göstərici konsepsiyasının təqdimatı: qorunan coğrafi göstərici və qorunan mənşə adları anlayışları”, İNAO-nun digər mütəxəssisi Sesil Fanşua “İNAO tərəfindən coğrafi göstəricinin tanınması müraciətlərinin yerinə yetirilməsi proseduru” mövzularında məruzələrlə çıxış ediblər.

 

Azərbaycan.- 2017.-7 dekabr.- S.6.