Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 452, ¹ 12, maddə 731; 2002, ¹ 12, maddə 706; 2005, ¹ 10, maddə 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82,  ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010, ¹ 3, maddə 171, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddə 71, ¹ 11, maddə 988; 2012, ¹ 11, maddə 1039; 2014, ¹ 3, maddə 238; 2016, ¹ 2, I kitab, maddə 193, ¹ 6, maddələr 982, 1018) aşağıdakı məzmunda 14.6-cı maddə əlavə edilsin:

“14.6. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu qanunun 14.1-ci maddəsində müəyyən edilmiş hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahansair) tətbiq edilə bilməz.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 10 dekabr.- S.2.