Paytaxtda Yeni ilin ilk müjdəçisi

 

Soyuq əllər, isti ürəkxeyriyyə yarmarkası Bakı sakinlərində böyük maraq oyadıb

 

Yeni ilin gəlməsinə az qalıb. Hər il bu bayram müxtəlif ölkələrdə eyni həyəcan, təntənə ruh yüksəkliyi ilə qarşılanır. Bakıda da bayram əhvali-ruhiyyəsi indidən hiss olunmağa başlayıb.

Paytaxtın Fəvvarələr meydanındaSoyuq əllər, isti ürəkxeyriyyə yarmarkasının təşkili bu ab-havanı daha da gücləndirir. Fəvvarələr bağındaNargis Fund”un rəhbərliyi “A+A Events”in təşkilatçılığı ilə artıq 5-ci ildir xeyriyyə yarmarkası keçirilir. Həmişə olduğu kimi, bu il yarmarkadan toplanan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Dekbarın 1-dən etibarən işə başlayan yarmarkada insanların sıxlığı nəzərə çarpır. Yarmarkanın nağıllar aləminə bənzəməsi ilə yanaşı, əldə edilən vəsaitin xeyriyyə işlərinə sərf olunacağı da insanların buraya maraqlarının artmasına səbəb olur.

Budəfəki yarmarkada əvvəlki illərə nisbətən kiçik taxtaevlər”in sayı artırılaraq 46-ya çatdırılıb. Həminevlər”də şəhər sakinlərinə turistlərə yeməklər, suvenirlər, əl işləri, oyuncaqlar, yolka bəzəkləri, kitablar sair təklif olunur.

Kiçikevlər”dən isti çay qəhvə alıb içənlər, yeməklərdən şirniyyatlardan dadanlar  arasında yerli sakinlər üstünlük təşkil edirdi. Turistlərin isə diqqətini daha çox Azərbaycan mədəniyyətinə xas olan bölmələr, milli aksesuarlar, xüsusən böyük samovar çayının qaynadılması çəkirdi. Yerli sakinlər ilə turistləri birləşdirən ortaq cəhət isə daha çoxselfietmələri idi.

Yeni ilin simvolu olan yolka ilə şəkil çəkdirmək üçün insanlar sıraya dururdular. Yarmarkada cizgi filmi qəhrəmanları uşaqları əyləndirərək buraya ayrı bir rəng qatırdılar. Şaxta baba maşını ilə şəkil çəkdirərək həmin anı yaddaşa həkk edənlər vardı.

Yarmarkaya gələnlər kitabevlər”inin 90 faizə qədər endirimlərindən yararlanırdılar.

Əl işlərindən ibarət aksesuarlar bölməsinin satıcısı artıq üçüncü ildir yarmarkaya qatıldığını deyərək bu il alışın daha da artdığını söylədi. O, ölkəmizdə bu cür xeyriyyə yarmarkalarının təşkilinin müsbət hal olduğunu qeyd etdi.

Burada təhlükəsizliyi təmin etmək üçün asayişə ciddi nəzarət edilir.

Yarmarka 2018-ci il yanvarın 15-dək davam edəcək.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2017.-10 dekabr.- S.8.