Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Allahverdiyev Murad Hacı oğlu

Heydərov Arif Eldar oğlu

Xəlilov Eldar Xəlil oğlu

Xıdırov Niyazi Qərib oğlu

İmaməliyev Nazim Kərim oğlu

Kərimov Natiq İsrafil oğlu

Qurbanov Kamal Ramiz oğlu

Məmmədov Mütəllim Türbəndə oğlu

Nəhmədova Şəhla Əhliman qızı

Primov Ələddin Abbasəli oğlu

Səfərov Saməddin Sabir oğlu

Şivilov Bulud Əhməd oğlu

 

Dövlət qulluğunda fərqlənməyə görəmedalı ilə

 

Hacıyev Rauf Ramiz oğlu

İbadov Elnur Adəm oğlu

İslamov Fazil Şamil oğlu

Qasımov Soltan Kərim oğlu

Mirişov Ehtiram Zakir oğlu

Rəsulzadə Rüstəm Rüfət oğlu

Tahirova Nəzakət Gülağa qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-15 dekabr.- S.2.