“Əməkdar mühəndis” fəxri adının verilməsiAzərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Əsədov Feyruz Zəfər oğlu

Qasımov Qulu Qasım oğlu

Qocayev Cahid Adıgözəl oğlu

Məmmədov Cavid Xəlil oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-15 dekabr.- S.2.