Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının QanununuElm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 479; 2003, ¹ 1, maddə 8; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 6, maddə 460; 2009, ¹ 2, maddə 43,  ¹ 10, maddə 769; 2014, ¹ 5, maddə 462; 2015, ¹ 4, maddə 361) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin üçüncü hissəsində, 17-ci maddənin birinci hissəsində, 21-ci maddənin birinci hissəsində, 31-ci və 35-ci maddələrin birinci hissələrində “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və ya təşkilat” sözləri ilə əvəz edilsin.

2. 6-cı maddənin beşinci hissəsinə, 15-ci maddənin birinci hissəsinin ikinci abzasına, 17-ci maddənin dördüncü hissəsinə “elmi” sözündən sonra “müəssisə və” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 17 dekabr.- S.2.