Geodeziyakartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq, “Geodeziyakartoqrafiya haqqında” Azərbaycan Respublikasının QanununuElm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Geodeziyakartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 443; 2004, ¹ 1, maddə 6, ¹ 2, maddə 57; 2006, ¹ 2, maddə 64; 2007, ¹ 10, maddə 938; 2017, ¹ 6, maddə 1014) 27-ci maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

Geodeziyakartoqrafiya işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr  2017-ci il

 

Azərbaycan.- 2017.- 17 dekabr.- S.4.