Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 470; 2004, ¹ 2, maddə 57, ¹ 7, maddə 505, ¹ 11, maddə 902; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460; 2012, ¹ 11, maddə 1045; 2015, ¹ 4, maddə 363) aşağıdakı dəyişikliklər edilsin:

1. 33-cü maddənin yeddinci hissəsində “idarələr” sözü “müəssisə” sözü ilə əvəz edilsin.

2. 49-cu maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

Heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 17 dekabr.- S.4.