Qəbələdə keçirilən “Poeziya günü” şeirsevərləri bir araya gətirib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib, öz şeirlərini səsləndirib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının, Mədəniyyət Turizm NazirliyininSözədəbi layihəsinin təşkilatçılığı Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuşPoeziya günükeçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin şair yazıçılara diqqət qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova Şahanə Müşfiq müharibə mövzusunda, həmçinin Azərbaycan Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları videogörüntülərlə müşayiət olunub.

Sonra Leyla xanım Əliyeva özününZəhranın xatirəsinəBakıadlı şeirlərini oxuyub.

Tədbirin aparıcısı, şairə Nigar Həsənzadənin rəhbərliyi iləSözədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan Firdovsi Rəsul da öz şeirlərini səsləndiriblər.

Proqram çərçivəsində Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar musiqilər ifa ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə yenicə çapdan çıxmışGənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusutəqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şeirinin yer aldığı kitab iştirakçılara qonaqlara paylanılıb.

Sonda Leyla xanım Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, “Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan TeleviziyasınınMədəniyyətkanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.

 

Azərbaycan.- 2017.-17 dekabr.- S.5.