Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə

 

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstan Respublikasının milli bayramıMüstəqillik Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi humanitar sahələrdə mühüm uğurlar qazanmış, dünya birliyinin fəal nüfuzlu üzvünə çevrilmişdir.

İnanıram ki, ortaq tarixi keçmişə milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad dəstəyə əsaslanan dostluq tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2017-ci il.

 

Azərbaycan.- 2017.- 16 dekabr.- S.5.