Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə aşağıdakı fəxri adlar verilsin:

 

“Əməkdar mühəndis”

 

Əhmədov Xəndan Mürsəl oğlu

Əliyev Hamlet İspəndiyar oğlu

Nuriyev Söhbətdin Nadir oğlu

Zeynalov Akif Həsən oğlu

 

“Əməkdar həkim”

 

Cavadova Mehparə Allahverdi qızı

Eyvazov Rəfayıl Qurban oğlu

İbadov Kamil Bahadur oğlu

 

Əməkdar jurnalist

 

Dəmirov İldırım Gülalı oğlu

Yolçuyev Varis Musa oğlu

 

Əməkdar müəllim

 

Pirquliyeva Mətanət Səfər qızı

Şirinov Məhəmməd Bəşir oğlu

 

Əməkdar artist”

 

Hüseynov Eytiram Bahadur oğlu

Şirinov Təhmiraz Məhyəddin oğlu

 

Əməkdar mədəniyyət işçisi

 

Süleymanov Vaqif Səttar oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-21 dekabr.- S.2.