Türkiyənin diyanət işləri başqanı: "Ölkənizin sürətli inkişafına şahid oldum"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik etdi Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.

Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırladı. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirdi.

Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd etdi.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulandı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2017.-22 dekabr.- S.5.