“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanını “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə 2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “26.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “26.5-1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

2. 2.3-cü bənddə “19.12-ci maddələrində” sözləri “19.12-ci, 22.3-1-ci maddələrində, 26.5-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-22 dekabr.- S.6.