Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməyi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitarbaşqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.

Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 

Si Cinpin

Çin Xalq Respublikasının sədri

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.3.