Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz çoxillik dövlət idarəçiliyi təcrübəsinə maliksiniz və haqlı olaraq uzaqgörən siyasi xadim, müdrik rəhbər hesab edilirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində təkmilləşmə və modernləşmə yolu ilə ardıcıl surətdə irəliləyir.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzudünyada baş verən proseslərə münasibətdə fəal mövqeyi Sizin adınızla bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əminəm ki, Sizin siyasi iradəniz və müdrik dövlətçilik mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclüinkişaf etmiş dövlətin formalaşmasına şərait yaradacaq, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların reallaşmasına yönəlmiş birgə səylərimiz Azərbaycanın və MDB iştirakçısı olan digər dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dərin hörmətlə,

 

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.4.