Xalqın səninlədir, zəfər sənindir...

 

Arxada qoyduğun izlər yol olub,

Qarşıda nə qədər işlər, görüşlər.

Ayağın altında yollar yorulub.

Qarşıda yenə də işlər və işlər...

 

Ruhun da, qəlbin də daim çalışır,

Həmişə xalqının arasındasan.

Yolunu gözləyən küsür, barışır,

Uzun bir ömürün yarısındasan.        

 

Xalqının dərdinə daim yanırsan,

Qarşına məqsədlər qoydun, bitirdin.

Ölkən cavanlaşır, sən yaşlanırsan,

Qara şəhər”lərə gün gətirdin.

 

Ruhlar da Şuşada, Cıdır düzündə,

Ali Baş Komandan, sizi izləyir.

Ölkədə hamının gözü üzündə,

Hücuma əmiri Sizdən gözləyir.

 

Xalqın səninlədir, zəfər sənindir.

Xalqı arzusuna yetirəcəksən

Zəfərə inanmaq - imandır, dindir.

Bizə xoşbəxt günlər gətirəcəksən.

 

Xalqımın yenilməz igid ər oğlu.

Özün Öndərsən, ey Öndər oğlu.

Uca Allahımız qorusun səni

Ey Heydər atası, ey Heydər oğlu...

 

Fikrət Qoca

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.1.