Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilinİslam Həmrəyliyi İlielan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxilixarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə ürəkdən təbrik edirik.

Dərin hörmətlə,

 

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

Azərbaycan.- 2017.- 26 dekabr.- S.5.