Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz təcrübəli rəhbər, istedadlı diplomat və ən yüksək mədəniyyətə sahib insansınız. Siz XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.

Bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayır, Zati-alinizə və ailənizə ürəkdən xoşbəxtlik, əmin-amanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

 

Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının Prezidenti

 

Azərbaycan.- 2017.-27 dekabr.- S.4.