2017-ci il Gənclər üçün Prezident
mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2017-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Bağırov Emil Oqtay oğlu
İsrayılova Aygün Əlimərdan qızı
Məcidova Məryəm Teymur qızı
Seyidov Mirhəsən Mirheydər oğlu
Suxostat Lyudmila Valentinovna
Vəkilov Vurğun Mehman oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 yanvar
2017-ci il
Azərbaycan.- 2017.- 3 fevral.- S.3.