Dəyişikliklərin miqyası: davamlı proseslər və dayanıqlı inkişaf

 

Müstəqil Azərbaycan dövləti bütün coğrafi ərazisində hərtərəfli və müasir inkişafın təmin edilməsi yollarında uğurla irəli getməkdə davam edir. Ölkəmizin böyük dağıntılardan, dərin iqtisadi böhrandan çıxaraq ən müasir inkişaf səviyyəsinə çatması, dünyanın əsas söz sahiblərindən və güc mərkəzlərindən birinə çevrilməsi çoxəsrlik tarixə malik olan Azərbaycanın müstəqillik dövrünün mühüm nailiyyətidir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallığıdır.

Əsrin dörddə biri qədər qısa zaman içərisində Azərbaycan Respublikasında keçilmiş möhtəşəm yol müstəqillik qazanmış yeni dövlətlər üçün mühüm örnəkdir. Bu, həm də ölkəmizdə ardıcıl və davamlı dövlət quruculuğu proseslərinin məqsədyönlü şəkildə irəli aparılmasının, seçilmiş düzgün yolun qətiyyətlə və yaradıcılıqla davam etdirilməsinin uğurlu nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın milli dövlətçilik maraqlarına əsaslanan dönməz mövqeyi və ölkəmizi islahatdan-islahatlara doğru davamlı surətdə inkişaf etdirmək strategiyası, müasirləşmə istiqamətindəki kompleks proqramları əhatə edən genişmiqyaslı baxışları, obyektiv reallıqları əks etdirən düşünülmüş addımları sayəsində müstəqil dövlətimiz sürətlə inkişaf edərək böyük nailiyyətlər əldə etmişdir.

Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni Azərbaycan dünya xəritəsində əhəmiyyətli mövqeyə və dayanıqlı inkişafa malik olan qüdrətli dövlətlərdən birinə çevrilmişdir. Dövlət başçısının ölkəmizin paytaxtında və regionlarında həyata keçirdiyi böyük quruculuq proqramları və yeniləşmə hərəkatı Azərbaycanı yeni epoxanın əsas simasını müəyyən edən ölkələr sırasına çıxarmışdır. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq yolunda regional inkişaf proqramlarına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə III sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr edilmiş konfransdakı dərin məzmunlu nitqində deyildiyi kimi, “Regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələnməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr... bugünkü reallığı yaratmışdır”. Bu mənada ölkəmizdə ardıcıl olaraq həyata keçirilən təməlqoyma və açılış mərasimləri, xalqın istifadəsinə verilən mühüm infrastruktur layihələri ahəngdar bir prosesin real ritmlərini, dinamik notlarını nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərləri də respublikamızın yeni simasını müəyyən edən böyük dəyişikliklərin reallaşdırılmasının geniş miqyasını təsəvvür etməyə imkan yaradan tarixi hadisələrdir. Naxçıvan Muxtar Respublikasının müstəqil dövlətimizin başçısı qarşısındakı hesabatları ölkəmizin yeniləşmə və quruculuq proseslərinin faydalı və əhəmiyyətli nümunələri ilə yaddaşlara yazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin mühüm strateji əhəmiyyətə malik olan bu diyarında - Naxçıvanda baş verən dəyişikliklərə münasibətində və həyata keçirilən böyük proqramların uğurlu həllinə verdiyi qiymətləndirilmələrdə tarixiliklə müasirliyin üzvi əlaqəsi, mükəmməl sintezi həmişə əsas meyar olmuşdur. Dövlət başçısının səfərləri zamanı hər dəfə müşahidə etdiyi və yüksək qiymətləndirdiyi bu meyar geniş mənada Azərbaycanda davamlı bir proses kimi ümummilli dəyərlərin, çoxəsrlik ənənələrin qorunub daha da möhkəmləndirilməsi əsasında müasir inkişafa nail olmaq siyasətinin əhəmiyyətini diqqət mərkəzinə çəkməyə xidmət edir. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri müddətində ən müasir infrastruktur layihələri ilə yanaşı, Əshabi-Kəhf ziyarətgahına, qədim Duzdağ mədənlərinə, tarixi-memarlıq abidələrinə, zəngin maarifçilik ənənələrinə xüsusi fikir verməsi müstəqil dövlətimizin azərbaycançılıq ideologiyasının tam, bütöv fəlsəfəsini və strateji xəttini ifadə edir. Ölkəmizin rəhbərinin 11 yanvar 2017-ci il tarixdə Azərbaycanın bu tarixi diyarına növbəti səfərində də tarixilikmüasirlik diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin Naxçıvan şəhərindəki əsaslı yenidənqurmadan sonra istifadəyə verilən 3 saylı tam orta rus məktəbinin açılışı mərasimindəki çıxışında deyilmiş aşağıdakı sözlər ölkəmizdəki müasirləşmə və inkişaf proseslərinə milli-tarixi ənənələrin mahiyyətindən çıxış edərək yanaşmanın daha bir sübutudur: “Naxçıvan dünya miqyasında öz gözəlliyi ilə seçilən bir şəhərdir. Əlbəttə ki, Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu tarixi abidələr bizim qədim tariximizi göstərir. Onu göstərir ki, əsrlər boyu Azərbaycan xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir!”

Ölkəmizdəki əsas sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın böyük tarixi dövrlər ərzində Azərbaycana və dünyaya bəxş etdiyi şərəfli tarixi və mədəniyyət abidələrinin milli sərvət səviyyəsində dəyərləndirilməsi həm azərbaycançılığın ölkəmizdə əsas faktor olmasını daim nəzərə almaq, həm də milli-mənəvi dəyərlərimizi qorumaq, inkişaf etdirmək, daha da möhkəmləndirmək üçün səfərbər olmaq deməkdir. Heç şübhəsiz, bu o deməkdir ki, ümummilli dəyərlərimizi və sərvətlərimizi qorumaqinkişaf etdirmək möhtəşəm quruculuğun əsas start nöqtəsidir.

Möhtərəm Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı 12 yanvar 2017-ci il tarixli sərəncamında da müasir inkişafa, yeni dəyişikliklərə tarixi ənənələr miqyasından qiymət verilmişdir. Dövlət başçısının əlavə tədbirlər haqqında sərəncamındakı tarixi ekskursa dair dərin məzmunlu “giriş” əslində müasir dövrün müstəqil dövlətçilik meyarlarının ana xətlərini özündə əks etdirir: “Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadiictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır”.

Dövlət başçısının ölkəmizin müasir inkişafı konsepsiyasında ifadə olunan “hər zaman” anlayışı sadəcə tarixə obyektiv qiyməti əks etdirməklə qalmır, inkişaf proseslərində varislikmüasirlik münasibətlərinin qorunub saxlanılmasının əhəmiyyətini, zəruriliyini diqqət mərkəzinə çəkir. Naxçıvan Muxtar Respublikasının timsalında inkişaf meyarlarında diqqətə çatdırılan ənənə və müasirləşmə ölkəmizdə artıq davamlı və oturuşmuş bir sistemə çevrilmişdir. Bu, yeni Azərbaycanın Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütövlükdə ölkəmizin çoxəsrlik tarixinin layiqli varisi olduğunuböyük ənənələrin əsasında hərtərəfli və sürətli inkişafın zəruriliyini mühüm vəzifələr sırasına çıxarır.

Prezident İlham Əliyevin siyasəti, ölkəmizdə davamlı inkişafın əsas mənbəyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sınaqlardan çıxmış və hədəfləri daha böyük gələcək olan müstəqil dövlətçilik təlimidir. Demək olar ki, əksər çıxışlarında, nitqlərində istinadgah kimi nəzərə çarpdırılan bu mühüm faktor Naxçıvan Muxtar Respublikasına səfərlər zamanı mütləq ön mövqeyə çəkilir, həmin amil inkişafın əsas mahiyyətini və qiymətini müəyyən edir. Görkəmli dövlət xadimi Heydər Əliyev kimi böyük bir dühanı Azərbaycana və dünyaya bəxş edən tarixi bir diyar olmasından başqa, həm də ümummilli liderin yaxın tariximizin ən çətin və mürəkkəb dövrlərində burada böyük xilaskarlıq missiyasını həyata keçirməsi, dövlət müstəqilliyinin mühüm addımlarını atması, ilk dəfə üçrəngli Azərbaycan bayrağını müstəqil dövlətçiliyin rəmzinə çevirməsi də bu böyük dühadan ürək dolusu söz açmağa tam əsas verir. Prezident İlham Əliyevin digər səfərlərində olduğu kimi, 11 yanvar 2017-ci il tarixli səfərində də dəyişikliklərə və proseslərə ümummilli liderin gözü ilə, onun böyük xidmətlərinin fonunda qiymət verilməsi ölkəmizin müasir siyasi həyatında Heydər Əliyev dövlətçilik təliminin mühüm yer tutduğunu göstərməyə əsas verir. Prezidentin hər yerdə, o cümlədən Naxçıvanda da bütün səfərlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etməkdən başlaması bu ulu şəxsiyyətə əbədi ehtiramı ifadə etməklə bərabər, həm də inkişafın yeni mərhələsinə onun siyasətinin işığında diqqət yetirib qiymət veriləcəyinin paroludur. Tarixi ənənələri, müasir strateji mövqeyi, coğrafi vəziyyəti, dövlətçilik yollarındakı məsuliyyəti bir daha Naxçıvan Muxtar Respublikasında səfərdən-səfərə baş verən dəyişikliklərin Heydər Əliyevin əsasını qoyduğu, möhkəm təməllərini yaratdığı strategiyanın işığında qiymətləndirilməsi zərurətini meydana çıxarır.

Bu mənada Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin Naxçıvan Muxtar Respublikasına münasibətindən söz açarkən görkəmli dövlət xadimi Heydər Əliyevin yanaşmalarından çıxış etməsi tam təbii səslənir: “Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdiböyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm... Çox şadam ki, respublikada uğurlu inkişaf təmin olunur. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvanda böyük inkişaf yolu keçilmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşdırılması onu göstərir ki, respublika möhkəm ayaqda dayanır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da bütövlükdə Azərbaycanda, o cümlədən Naxçıvanda da baş vermiş dəyişikliklərdə ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin yeni epoxada müasirləşmə və inkişaf modelinin əvəzolunmazlığını bir daha diqqət mərkəzinə çəkmişdir: “Möhtərəm cənab Prezident! Bu gün yeni inkişaf dövrünü yaşayan ölkəmizlə bağlı tövsiyələriniz muxtar respublikada da ardıcıl şəkildə həyata keçirilir. Sizin rəhbərliyinizlə həyata keçirilən quruculuq işləri, sabitlikiqtisadi inkişaf uğurla davam etdirdiyiniz ümummilli lider Heydər Əliyev yoluna sədaqətin bəhrələridir”.

Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri ümummilli lider Heydər Əliyev yolunaPrezident İlham Əliyev siyasətinə dərin sədaqətin və əməli işlərlə cavab verməyin növbəti uğurlu hesabatıdır.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətdə xalq amilinin əsas kimi qəbul edilməsi, sosial rifahın yaxşılaşdırılması həmişə diqqət mərkəzində dayanıb. Bu da öz növbəsində ölkəmizdə sosial təminatın ardıcıl olaraq yaxşılaşdırılması ilə yanaşı, həm də bu sahədəki inkişafda mühüm rola malik olan infrastruktur layihələrinin həyata keçirilməsini ön sıraya çəkir. Beləliklə, ölkəmizdə müasir dövrün xarakteri sosial-iqtisadi inkişaf mərhələsi kimi səciyyələnir. Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın bu istiqamətdə aparılması və konkret nəticələr verməsi həm ümumi inkişafa təkan vermiş, həm də regionda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, yeni imkanların meydana çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı 12 yanvar 2017-ci il sərəncamında muxtar respublikada bu istiqamətdə əldə olunan mühüm nəticələrə, diqqətəlayiq yekunlara dövlət səviyyəsində yüksək qiymət verilmişdir: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gündinamik inkişaf edən muxtar respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunmuş, nəticədə minlərlə yeri açılmışdır”. Naxçıvan Muxtar Respublikasına 11 yanvar 2017-ci il tarixli səfəri çərçivəsində irimiqyaslı sosial-iqtisadi obyektlərin rəsmi açılışında iştirak etməsi, bu obyektləri xalqın istifadəsinə verməsi, yeni təməlqoymalara imza atması davamlı proseslərin qanunauyğun məntiqi nəticəsidir. Ordubad Su-Elektrik Stansiyasının təməlqoyma mərasimi, CulfaŞahbuzda rayon mərkəzlərinə və ətraf kəndlərə içməli suyun verilməsi, Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binasının, “N” saylı hərbi hissədəki yataqxananın və Əsgəri-Məişət Kompleksinin açılışı əhalinin həyat səviyyəsinin, sosial imkanlarının inkişaf etdirilməsinə xidmət edən genişmiqyaslı və əhəmiyyətli faktlardır. Bu hadisələrdən hər biri həm regionun sosial-iqtisadi inkişafında, həm də əhalinin müxtəlif təbəqələrinin həyatında mühüm dəyişikliklərə şərait yaradır. Həmin dəyişikliklər bugünün əsas sosial-iqtisadi nəticələrindən olmaqla bərabər, həm də bundan sonrakı inkişafın hərəkətverici qüvvəsinə çevrilir. Bütün bunların fonunda Naxçıvan Muxtar Respublikasının bugününün real mənzərəsini görməklə yanaşı, yaxın və uzaq sabahlarını da aydın surətdə təsəvvür etmək mümkün olur. Ölkə Prezidenti İlham Əliyevin iqtisadi inkişafda birinci hədəf hesab etdiyi enerji müstəqilliyimizin təmin edilməsi sahəsində atılmış daha bir mühüm addım olan Ordubad Su-Elektrik Stansiyasının təməlqoyma mərasimi diyarda əlavə 36 meqavat gücündə elektrik enerjisi vasitəsilə yeni iqtisadi imkanlara yol açılmasına şərait yaradır. Prezidentin nitqində deyildiyi kimi, “bu, Naxçıvan Muxtar Respublikasının iqtisadienerji potensialını böyük dərəcədə gücləndiriləcək... enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq”. Bu isə öz növbəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında yeni layihələrin həyata keçirilməsi, əlavə qazanc mənbələrinin əldə edilməsi deməkdir. Ordubad Su-Elektrik Stansiyasının inşa edilməsi Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrinin genişləndirilməsində də böyük addım olacaqdır. Bu yaxınlarda açılmış Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu da qonşu dövlətlə əlaqələrin inkişafında yeni mərhələnin mühüm hadisəsidir. Bu dəmir yolu marşrutunun ən yaxın zamanlarda “Şimal-Cənub nəqliyyat dəhlizi” vasitəsilə ölkəmizin vahid dəmir yolu magistrallarına birləşməsi ilə Naxçıvandan Bakıya və dünyaya yola düşəcək yük və sərnişin qatarlarına start veriləcəkdir. Bütün bunlar həm muxtar respublikanın çətin blokada vəziyyətindən xilas olması, həm də daha böyük templərdə inkişaf etdirilməsi deməkdir.

Ölkə rəhbərinin Naxçıvan Muxtar Respublikasına səfərlərinin hamısında yeni məktəblərin açılışı mərasimləri keçirilmişdir. Naxçıvanın məktəb tikintisi hərəkatında kəmiyyət və keyfiyyət göstəricilərinin bir-birini tamamlaması təhsilin inkişafına böyük töhfələr verir. Yeni məktəblərdə yaradılan müasir şərait - kompüterləşmə, geniş internet imkanları, laboratoriyalar, elektron lövhələr, yerli məktəb mebeli təhsil mühitini dəyişmiş, yeni tipli maarifçilik hadisəsinin baş verməsinə səbəb olmuşdur. Naxçıvan Dövlət Universitetində, Naxçıvan Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda hazırlanan yüksək ixtisaslı mütəxəssislərin məktəb hərəkatındakı fəal rolu təhsil sahəsində çox böyük nailiyyətlərin meydana çıxmasını şərtləndirir. Naxçıvan şəhərindəki 3 saylı tam orta rus məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikada böyük ənənəsi olan maarifçilik hərəkatının yaddaqalan hadisələrindən biridir.

Prezident İlham Əliyevin qənaətinə görə, məktəb sosial infrastruktur layihələrinin bariz təzahürüdür. Həqiqətən də müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında 200-ə yaxın yeni məktəb binasının istifadəyə verilməsi Azərbaycan üzrə rekord göstəricidir. Naxçıvan Muxtar Respublikasının bütün rayonlarındakı məktəblərinin vahid elektron-internet şəbəkəsində birləşdirilməsi, “Muzeydən məktəbə” açıq dərslərinin eyni dərs saatında keçilməsi diyarda məktəb hərəkatının əhəmiyyətli hadisələridir. Əsası 1939-cu ildə qoyulmuş sonralar təhsil göstəricilərinə görə böyük nüfuz qazanmış 3 saylı tam orta rus məktəbi Naxçıvanda maarifçilik hərəkatında Qərbyönlü inkişafa, Rusiya elmi və təhsilinə bəslənilən marağın daha bir göstəricisidir. Məlum olduğu kimi, Şərq ilə Qərbin qovşağında yerləşən Naxçıvanda milli maarifçi ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bərabər, Qərbyönlü maarifçilik meyillərinə üstünlük verilmişdir. Burada XIX əsrin əvvəllərindən dünyəvi məktəblərin açılması, 1883-cü ildə teatrın yaranması, dünya mətbuatının əldə edilib oxunması həmin istiqamətdə atılmış tarixi addımlardır. Naxçıvanın maarifçi ziyalılarının 26 may 1899-cu ildə Aleksandr Puşkinin anadan olmasının 100 illik yubileyini keçirmələri də dünya mədəniyyəti və ədəbiyyatına göstərilən marağın ifadəsi idi. Naxçıvan şəhərindəki 3 saylı rus məktəbi də Naxçıvanın dünyaya açılan daha bir pəncərəsi olmuş, ölkəmizə bir çox tanınmış ziyalılar, görkəmli dövlət xadimləri bəxş etmişdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, yenidən qurulmuş Naxçıvan şəhər 3 saylı rus tam orta məktəbinin fəaliyyət göstərməsi “dövlətlərarası münasibətlər üçünmühüm amildir”. Hazırda bu məktəbdə yaradılmış geniş imkanlar burada təhsilin və təlimin yüksək səviyyədə qurulmasına, əlaqələrin inkişaf etdirilməsinə tam təminat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri həmişə həm də görülmüş işlərə, qazanılmış nailiyyətlərə qiymət verilməsi və qarşıda duran vəzifələrin müəyyən olunması baxımından yadda qalmışdır. Bu cəhətdən 2017-ci ilin 11 yanvar səfərində Naxçıvanda aparılan genişmiqyaslı işlərdə keyfiyyət amili, müasirlik səviyyəsi xüsusi olaraq nəzərə çarpdırılmışdır. Naxçıvanda yol inşaatının keyfiyyəti haqqındakı aşağıdakı fikirləri muxtar respublikadakı quruculuq proseslərində müşahidə olunan xüsusiyyətləri ictimai mühitin diqqət mərkəzinə çatdırmaq məqsədi daşıyır: “Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm. Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə bil ki, dünən tikilib. Yəni çox gözəl, keyfiyyətli yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir... Kənd yollarının tikintisiuğurla gedir”.

Mühüm infrastruktur layihəsi olan yolların salınmasının timsalında dövlət səviyyəsində nəzərə çarpdırılan keyfiyyət amili Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının və quruculuq proseslərinin bütün sahələri üçün xarakterik xüsusiyyətdir. Prezidentin xüsusi olaraq qeyd etdiyi kimi, bütün işlərin “böyük məhəbbətlə, zövqlə, səliqə ilə görülməsi” Naxçıvan rəhbərliyinin səmərəli fəaliyyətinin əsas göstəricisidir. Uzunmüddətli xidmət üçün nəzərdə tutulan quruculuq işlərinin yüksək keyfiyyətlə və müasir səviyyədə həyata keçirilməsi eyni layihəyə təkrar maliyyə vəsaiti ayrılmasına yer qoymadan daim yeni infrastruktur obyektlərinin icra edilməsinə meydan açır. Bu isə muxtar respublikada dəyişikliklərin miqyasının genişləndirilməsinə, hərtərəfli və dayanıqlı inkişafın təmin edilməsinə səbəb olur, yeni və ən müasir inkişaf səviyyəsinin formalaşdırılmasını təmin etməyə imkan yaradır. Bu mənada məqsədyönlü şəkildə həyata keçirilən böyük quruculuq prosesləri haqqında yekun qənaətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı fikirlərində ifadə olunmuşdur: “Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı işlərə, ardıcıl və yaradıcı təşəbbüslərə, davamlı proseslərə və dayanıqlı inkişafa dövlət səviyyəsində verilən yüksək qiymətdir. Bu, yeni Azərbaycanın müasir intibahında Naxçıvan Muxtar Respublikasının yerini, rolunu, xidmətlərini ifadə edən mühüm qənaətdir.

“Çiçəklənmə dövrü” - Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uzun illər ərzində aparılan böyük quruculuq işlərinin gəlib çatdığı yüksək tarixi mərhələdir.

Bütün istiqamətlər üzrə” inkişaf - ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi strategiyasının əsas hədəfi və uğurlu nəticəsidir. Naxçıvan Muxtar Respublikasının “bütün istiqamətlər üzrə” hərtərəfli və yüksək inkişafa nail olması bu diyarda müasir intibah proseslərinin baş verdiyini diqqət mərkəzinə çəkir.

“Çiçəklənmə dövrü” - real bir intibah mərhələsi mənasını ifadə edir ki, bu gün Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütövlükdə müstəqil Azərbaycan dövləti həmin tarixi mərhələni yaşamaqdadaha da inkişaf etdirməkdədir.

“Çiçəklənmə dövrü” - Naxçıvan Muxtar Respublikasının simasında yeni Azərbaycanda baş verən böyük dəyişikliklərin geniş miqyasını ifadə edən obyektiv reallığın dəqiq təyinatıdır.

 

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

 

Azərbaycan.- 2017.- 3 fevral.- S.5.