Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 613; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 2, maddə 113; 2016, ¹ 5, maddə 928) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.  3.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları “Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6.1-ci və 6.2-ci bəndlərində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.”.

2.  4.14-cü bəndin birinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları “Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6-cı hissəsində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 5 fevral.- S.2.