Nar ağacı, nar çiçəyi...

 

Yaxud dünyada milli brendimizə çevrilən nar məhsullarının günbəgün artan şöhrəti

 

Öz fəaliyyətində iqtisadiyyatın qeyri-neft sektorunu əsas prioritetlərdən biri kimi götürən Azərbaycan hökuməti üçün vacib amillərdən biribu sahənin tam inkişafına nail olmaqdır. Bunun üçün şübhəsiz ki, istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin təmin olunması, onların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması vacib şərtdir. Məhz bu şərtlərə əməl olunmaqla yerli məhsulların ixraca cəlb edilməsi, idxal əmtəələrinə yüksək tələblər qoyan Avropa bazarlarına daxil olmaq mümkündür. Son illər ərzində Avropa bazarlarında layiqli yerini tuta bilən bir sıra məhsullarımızın olması əlbəttə ki, sevindirici haldır. Bununla belə, mövcud potensial daha çox adda və çeşiddə Azərbaycan əmtəəsinin ölkə xaricində realizə edilməsinə təminat verir.

Son illər ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Bu baxımdan dövlət başçısının keçən ilin oktyabr ayında “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” imzaladığı fərman xüsusi olaraq qeyd edilməlidir.

Sənəddə nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat vəsait də ayrılıb.

Heç şübhəsiz ki, müvafiq istiqamətdə əməli addımların atılması sahibkarların əl-qolunu açmalarına müsbət təsir göstərir. Onlar dövlətdən, hökumətdən gələn dəstəyi real fəaliyyətlərində hiss etdikcə istehsal olunan məhsulların keyfiyyətini daha da artırmağa maraqlı olurlar. Belə müəssisələr arasında “AzNar” Qapalı Səhmdar Cəmiyyəti də var.

AzNarQSC-nin məsul işçiləri Vaqif Rəhmanov və Nazim Əsgərov məlumat verdilər ki, mövcud səhmdar cəmiyyəti əsası ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi 1969-cu ildən fəaliyyətə başlamış Göyçay şirə, sonra isə konserv zavodlarının varisidir. Dövlət müstəqilliyimizin yenidən bərpa olunmasından sonrakı ilk illərdə ölkədəki bir sıra istehsalat sahələri kimi bu müəssisədə də böhranlı günlər başlanıb. Həm məhsulun satışı, həm də işçilərin vaxtlı-vaxtında əməkhaqları ilə təmin olunmalarında problemlər yaşanıb. Ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq dövlət əmlakının özəlləşdirilməsi tədbirləri bu müəssisəyə də təsirini göstərib. 2006-cı ildə isə müəssisə Moskvada yaşayan soydaşımız, məşhur adamı Fərhad Əhmədov tərəfindən alınaraq bu müəssisənin ilk yaradıcısı olmuş atası Teymur Əhmədovun adını daşıyan “AzNar” QSC-yə çevrilib. Həmin dövrdən də bu müəssisənin intibah dövrü başlayıb.

Rekonstruksiya işləri ilə paralel olaraq ilk növbədə istehsal olunan məhsulun keyfiyyət məsələlərinə diqqət yetirilib. Səbəb ondan ibarətdir ki, əvvəllər müəssisə narı ayrı-ayrı fermerlərdən alırdı. Alınan məhsullar isə istər çeşidinə, istər sortuna, istərsə də emala yararlılıq dərəcəsinə görə standartların tələbləri ilə uyğunsuzluq daşıdığına görə narahatlıq doğururdu. Bu səbəbdən də müəssisə “AzNar aqro” şirkətini yaratmağa qərar verir.

Hazırda QSC-nin 1160 hektardan çox nar bağı var. 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salınıb. Artıq nar bağlarının xeyli hissəsi bara düşüb. Bu da keyfiyyətə yetəcək təsir göstərir. İlk növbədə narın qatılaşdırılmış şirəsi istehsal olunur. Bundan əlavə nardan digər meyvələrlə qatışdırılaraq fərqli şirələr hazırlanır. Narşərab da hazırlanan məhsullardandır. Narın tumu da qurudularaq satışa çıxarılır. Bu il İsrailə 44 ton quru nar tumu satılıb. Müəssisədə nar toxumundan yağ da istehsal edilir. Bu yağ əczaçılıqda istifadə olunur. İlboyu fəaliyyət göstərmək üçün heyva, yemişan, üzüm, armudsair meyvələrin şirələri də hazırlanır. Müəssisədə müxtəlif növlərdən olmaqla 200 hektarda üzüm bağları salınıb. Məhsuldan istehsalda istifadə ilə yanaşı satışa da çıxarılır.

Müəssisə 2015-ci ildən yerlixarici bazarda rəqabətədavamlı müxtəlif meyvələrin kampotunu da istehsal etməyə başlayıb. İtaliyadan gətirilən avadanlıqların quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb.

Müəssisənin laboratoriya müdiri Lətifə Abbasova 42 ildir ki, burada çalışdığını deyir. Onun sözlərinə görə, emal hissəsində məhsulun keyfiyyəti və mikrobioloji göstəriciləri yoxlanılır. Gündəlik fəaliyyətdə isə quru maddəsi, turşululuğu, şəffaflığı, qeyri-şəffaf olduqda isə çöküntüsü laboratoriyada yoxlanılır. Bütün məhsullar təbiidir. Məhsul əsasən xaricə ixrac olunduğu üçün göndərilən ölkələrin də tələbləri nəzərə alınmalıdır. Bu halda keyfiyyət amili qaçılmazdır.

Hazırda qarşıya qoyulan məqsəd həmin təsərrüfatda istehsal olunan üzümləri də cəlb etməklə şərab istehsalına başlanılmasıdır. Əlavə olaraq heyvanar şərablarının da istehsalı planlaşdırılır. Bu məqsədlə Moldova, Ukrayna, Gürcüstan və digər ölkələrin təcrübələri öyrənilir. Artıq bunun üçün sex də hazırlanır. Bu istehsala cari ildən başlanması nəzərdə tutulur. Texnologiyalar isə İtaliya, Fransa, Almaniya şirkətlərinə məxsusdur. Eyni zamanda istehsalatda tətbiq olunması nəzərdə tutulan İtaliya, Almaniya və Bolqarıstanın üzüm sortları da öyrənilir.

AzNarQSC-nin nar emalı zavodunda hazırda istehsal olunan məhsulların satış bazarı genişdir. İstehsal edilən müxtəlif çeşidli məhsullar brend olaraq dünya bazarlarına çıxarılır. Bunlara nümunə olaraq Yeni Zelandiyadan tutmuş Avstraliya, Yaponiya, Çin, Sinqapur, Amerika, Kanada, ərəb ölkələri, Rusiya, Serbiya və digərləri göstərilə bilər. QSC artıq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstan bazarlarına daGrante” məhsullarının ixracına başlayıb.

Ümumilikdə məhsulların 95 faizi respublikadan kənarda satılır. Əldə olunan vəsaitlər isə əsasən müəssisənin daha da modernləşdirilməsinə yönəldilir.

İstifadə olunan şüşə butulkalar isə əvvəllər RusiyaBelarusdan gətirildiyi halda artıq 2 ildir ki, yerli şirkətlərdən birindən alınır. Qapaqlar isə Rusiyadan idxal olunur.

Qeyd olunanlardan əlavə, “AzNar” QSC Göyçaydakı Yekəxana gölündə balıqçılıq təsərrüfatı da yaradıb. Azərbaycanda ilk dəfə olaraq bu göldə qiymətli farel balığının səbətdə yetişdirilməsinə başlanılıb. Ümumi ərazisi 360 hektar olan göldə farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Hazırda farel balığının yetişdirilməsi üçün göldə hər biri 25 kvadratmetr olan 30 səbət quraşdırılıb. Bura cari ildə Türkiyədən təxminən 60 min ədədə yaxın körpə farel balığı gətirilərək buraxılıb.

AzNar” QSC Göyçay rayonunun iqtisadiyyatına, həmçinin sakinlərin məşğulluğunun təmin olunmasına da öz töhfəsini verir. Hazırda nar emalı müəssisəsində təxminən 90 nəfər daimi işçi çalışır. Mövsümi işlər başlayanda işçilərin sayı daha da artır. “AzNar aqroya aid olan narüzüm bağlarında da orta hesabla 200 nəfərə yaxın insan məşğulluğunu təmin edir. Real olaraq QSC-nin təsərrüfatlarında daimi işçilərin sayı 300 nəfərdən çoxdur.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.- 8 fevral.- S.5.