İnkişafquruculuq məkanı

 

Naxçıvan Muxtar Respublikası - 93

 

Çoxəsrlik tarixə və zəngin maddi mədəniyyət abidələrinə malik olan qədim Azərbaycan torpağının bir bölgəsi də Naxçıvandır. Naxçıvan şəhəri və onun ətraf ərazilərində aparılan arxeoloji tədqiqatlardan aydın olub ki, burada hələ Neolit dövründə (10-12 min il bundan əvvəl) yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. Arxeoloqların apardıqları axtarışların nəticəsi sübut edir ki, indiki Naxçıvan şəhəri təxminən 3500 il bundan əvvəl şəhər tipli yaşayış məntəqəsi olmuşdur. Tarixi inkişafın sonrakı mərhələlərində bu ilkin şəhər mərkəzinin iqtisadi, ictimai və mədəni qüdrəti daha da möhkəmlənmiş və Naxçıvan adı ilə Yaxın Şərqin qədim şəhərlərindən biri kimi tanınmışdır.

Naxçıvan XV əsrdə QaraqoyunluAğqoyunlu dövlətlərinin hakimiyyətinə tabe edilmiş, XVI əsrdə isə Azərbaycan Səfəvi dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə şəhərdə böyük canlanma baş vermiş, inkişafında xeyli irəliləyiş olmuşdur. Lakin XVII əsrin sonu və XVIII əsrin əvvəllərində şəhər öz varlığını saxlasa da, dəfələrlə dağılmış, əhalisinin sayı xeyli azalmışdır. Əgər XI-XII əsrlərdə Naxçıvan əhalisinin sayı iki yüz min təxmin edilirdisə, XVIII əsrin əvvəllərində burada cəmi 6 min əhali yaşayırdı.

Əsrlərlə Naxçıvanda əhali taxıl, çəltik, pambıq, üzüm, meyvə və digər kənd təsərrüfatı bitkiləri becərməklə məşğul olmuşdur. Şəhərdə toxuculuq, dulusçuluq, misgərlik, zərgərlik və başqa sənət növləri dövrünə görə yüksək səviyyədə idi. Müxtəlif növ ipək və pambıq parçaları, meyvə və üzümləri öz keyfiyyətinə görə geniş ərazidə tanınırdı. Burada ticarət də geniş vüsət almışdı. Tacirlər təkcə Şərq ölkələri ilə deyil, Venesiya, Portuqaliya, Saksoniya, İspaniya, İtaliyabaşqa Avropa ölkələri ilə də əlaqə saxlayırdılar.

XVIII əsrin ortalarından Kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmiş və xanlıqlar dövründə Naxçıvanda geniş abadlıq və quruculuq işləri başlamışdır. 1828-ci il fevral ayının 10-da Türkmənçay sülh müqaviləsi nəticəsində Ordubad dairəsi ilə birlikdə Naxçıvan xanlığı da zorla Rusiyanın tərkibinə birləşdirildi və 1841-ci ildə Naxçıvan qəza mərkəzi oldu.

Çar Rusiyası dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyatı ilk dəfə 1918-ci ildə Xalq Cümhuriyyətinin nəzdində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdır. Məlum olduğu kimi, 1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman ermənilər Rusiya hökumətinə arxalanaraq heç bir əsas olmadan həm Naxçıvanın, həm də Dağlıq Qarabağın ərazilərini Ermənistanın tərkibinə daxil etmək üçün çox iddialar irəli sürdülər. Bunun qarşısını almaq və Naxçıvanın əvvəllər malik olduğu muxtar ərazi statusunu bərpa etmək üçün aparılan diplomatik danışıqlar nəticəsində bölgənin aparıcı dövlətləri olan Rusiya ilə Türkiyə arasında 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin 13 oktyabr tarixində Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars müqaviləsi imzalanmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan bu tarixi ərazi 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı adlanmışdır. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il fevralın 9-da verdiyi dekretlə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiqləndi. 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası gərgin mübarizə şəraitində yaranmış və İttifaq rəhbərliyinin daimi təzyiqi altında olmasına, çətin təbii-iqlim şəraitinə və mürəkkəb coğrafi vəziyyətinə baxmayaraq mövcudluğunu saxlamışdır.

Muxtar respublikanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamında bu barədə belə deyilir: “Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.

Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Respublikasına birinci dəfə 1969 - 1982-ci illərdə rəhbərliyi dövründə Naxçıvan sözün əsl mənasında dirçəliş dövrünü yaşamış, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatının sürətli inkişafı təmin olunmuşdur.

SSRİ-nin süqutunun yaxınlaşdığı və dağılmasından sonrakı ilk dövrlərdə Naxçıvanın ictimai-siyasi həyatında bir çox tarixi hadisələr baş verdi.

1989-cu il dekabr ayının 31-də İranla Naxçıvan arasındakı sərhədlər söküldü və 1990-cı il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu.

1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Bakıya qoşun yeridərək kütləvi qırğınlar törətməsi, süqut etməkdə olan İttifaqın səriştəsiz rəhbərlərinin Azərbaycanda və Naxçıvanda daha ağır nəticələr verəcək hərəkətlər etmək niyyətinin olduğunu bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Vətənə döndüiyulun 22-də Naxçıvana getdi.

1990-cı il sentyabrın 30-da Heydər Əliyev Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi.

Mən də həmin vaxt deputat seçilib Naxçıvan Muxtar Respublikasının rəhbərliyində təmsil olunurdum. Bu vaxtdan başlayaraq ümummilli liderin ən yaxın silahdaşlarından biri kimi onun rəhbərliyi altında fəaliyyət göstərməyə başladım.

Heydər Əliyev müdrik siyasətçi kimi İttifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı. Belə bir vaxtda o, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın qanunvericilik orqanında onun təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.

Naxçıvan parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyasında muxtar respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə sözün həqiqi mənasında Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi.

Heydər Əliyevin və demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq, 1991-ci il martın 17-də Azərbaycan SSR Ali Sovetində SSRİ-nin saxlanması barədə referendumda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul olundu. Bunun əksinə olaraq Heydər Əliyevin möhkəm iradəsi və İttifaqın dağılmasının zərurət olduğunu öncədən düzgün qiymətləndirməsi nəticəsində Naxçıvanda bu referendum keçirilmədi. 1990-cı illərin əvvəllərində Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına açıq etirazını bildirərək, 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı. Həmin il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. 1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə sədr seçilməyə razılıq verdi. O, muxtar respublikaya başçılıq etdiyi ilk gündən təcili tədbirlər görməyə başladı.

1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi hər il dekabr ayının 31-nin “Dünya Azəri türkbirliyinin həmrəylik və birlik günükimi bayram olunması barədə qərar qəbul etdi.

1992-ci il yanvarın 13-də Ali Məclis Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi.

1992-ci il martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. Bunu nəzərə alaraq Heydər Əliyev “Qars müqaviləsi”nin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə ilə danışıqlar apardı və Türkiyə Nazirlər Kabineti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi.

Heydər Əliyev Naxçıvanda qısa müddət işləməsinə baxmayaraq, muxtar respublika üçün həyati əhəmiyyətli çox böyük işlər gördü. Ona görə də bütün Naxçıvan əhalisi və Azərbaycan vətəndaşları çox səmimi şəkildə qəlbən etiraf edirlər ki, Heydər Əliyev həmin vaxtlar Naxçıvana gəlməsəydi indi nə Naxçıvan, nə də Azərbaycan var idi və hamımız bu günümüz üçün ilk növbədə Heydər Əliyevə borcluyuq.

Ulu öndərin başladığı işləri hazırda hörmətli Prezident İlham Əliyev Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında çox uğurla davam etdirir. Təsadüfi deyil ki, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Hörmətli Prezident Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına da diqqətlə yanaşır və bu diyarda gedən inkişafı daim izləyir. Hər dəfə Naxçıvana səfər edəndə bir neçə təsərrüfat və sosial obyektlərin istifadəyə verilməsi və təməlinin qoyulması mərasimlərində iştirak edir. Bu diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada uzun müddətdir ki, dinamik sosial-iqtisadi inkişafa nail olunur.

Müstəqilliyin bərpasından sonrakı illərdə MR-in iqtisadiyyatına müxtəlif mənbələrdən 6 milyard manatdan çox investisiya yönəlmişdir. Sahibkarlığa Kömək Milli Fondu muxtar respublikada 1196 layihənin maliyyələşməsinə 117 milyon manatdan çox vəsait ayırıb.

Əvvəllər enerji istehsal edən cəmi bir müəssisə var idisə, indi onların sayı 8-ə çatdırılıb və Naxçıvan enerji idxal edən bölgədən enerji ixrac edən bölgəyə çevrilib. Keçən il muxtar respublikada əsas kapitala 951 milyon manat vəsait (bunun 912 milyonu Naxçıvan şəhərinə verilmişdir) yönəldilmişdir.

2015-ci ildə Naxçıvan MR-də 132 sənaye müəssisəsi fəaliyyət göstərmiş və onlar 917 milyon manatlıq məhsul istehsal etmişlər. Təkcə Naxçıvan şəhərində istehsal olunan sənaye mallarının həcmi 669,3 milyon manat təşkil etmişdir. Kənd təsərrüfatı məhsullarının həcmi isə 401,8 milyon manat olmuşdur.

Blokada şəraitində olan muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının soyuducu anbarlarda saxlanması aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edir. Məhsulları xarab olmaqdan qorumaqilboyu əhalini təmin etmək məqsədilə ümumi tutumu 12 min 250 ton olan 20 soyuducu anbar tikilib istifadəyə verilib.

Müstəqillik illərində MR-də 200-dən çox təhsil müəssisəsi, 70-ə yaxın mədəniyyət abidəsi tikilərək və ya əsaslı şəkildə bərpa və təmir edilərək istifadəyə verilib. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin və orta tibb heyətinin sayına görə Naxçıvan MR Azərbaycanda öncül sıradadır. Təhsil müəssisələrində ikinciüçüncü növbədə oxuyanların xüsusi çəkisi cəmi 1,2 faiz təşkil edir ki, bu da ən yaxşı göstərici hesab olunur.

Görülən tədbirlər sayəsində müstəqillik dövründə Naxçıvan MR-də ümumi daxili məhsulun həcmi 55 dəfə artaraq 2 milyard 400 milyon manatya adambaşına 41 dəfə artaraq 5465 manat təşkil etmişdir. Hazırda MR-də yüksək texnologiyalarla təchiz edilmiş mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngülyeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 361 növdə məhsul istehsal edilir ki, bunlardan da 343 növ məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bütün bunlar onu göstərir ki, muxtar respublika kənd təsərrüfatı regionu kimi yox, sənaye regionu kimi formalaşmışdır.

Bir sözlə, Azərbaycanın qədim tarixə malik dilbər guşəsi Naxçıvan Muxtar Respublikası gündən-günə tərəqqi və inkişaf edir.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 9 fevral.- S.4.