İordaniya-Azərbaycan dostluğu İslam həmrəyliyinə əsl nümunədir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci iliİslam həmrəyliyi ilielan etməsi heç də Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi və bu çərçivədə nəzərdə tutulmuş layihələrin, sərgilərin, konfransların və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı deyil. Bu, Azərbaycan xalqının daşıdığı, əsasını mərhum Prezident Heydər Əliyevin qoyduğu və cənab Prezident İlham Əliyevin inkişaf etdirdiyi baxış və görüşlərin təntənəsidir.

Azərbaycana hətta qısamüddətli səfər yalnız bir dinin məzhəbləri arasında deyil, bütün dinlərə mənsub olan insanlar arasında dinc birgəyaşayışın əyani şahidi olmağa kifayət edir. Azərbaycan başqalarının fikirlərini qəbul edən, onlarla birlikdə bir dövlətin tərkibində və müştərək milli ideologiya çərçivəsində yaşayan tolerant islamın əsl nümunəsidir.

İslam aləmi bu gün parçalanma və dağınıqlıq dövrü yaşayır. Dünya özlərini həqiqi müsəlman hesab edənlərin və İordaniyanın “müasir dövrün xəvaricləri” adlandırdığı insanların əməlləri nəticəsində İslamın mahiyyətinin necə təhrif olunduğunun, qayələrinin necə alt-üst olunduğunun, üstəlik, islamafobiyanın necə geniş vüsət aldığının şahididir. Bütün bunlar Azərbaycan dövlətini və onun müdrik rəhbərliyini İslam aləminin üzləşdiyi çağırışlara qarşı mübarizəyə sövq edən mühüm amil olmuşdur.

Prezident İlham Əliyev ötən ayın 10-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar islam haqqında rəy formalaşdırırlar ki, islam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir, islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər. Ona görə çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

İordaniya Haşimilər Krallığını Azərbaycan Respublikası ilə bağlayan bir çox amilləri müşahidə etmək mümkündür. Bu amillərdən ən başlıcası mötədillik, başqalarının fikirlərini qəbul etmək, ekstremizm və radikallığı rədd etmək, zorakılıq və terrorizmə qarşı mübarizə aparmaqdır. Əlahəzrət Kral II Abdulla ibn Hüseynin hakimiyyətə gəlişindən bəri İordaniya mötədillik, zorakılıq və ekstremizmi rədd edən, humanizm çərçivəsində birgəyaşayış prinsiplərinə əsaslanan İslam dininin əsl mahiyyətini açıqlayan bir çox təşəbbüslər irəli sürmüşdür. Bu təşəbbüslərdən biri 2004-cü ilin noyabr ayında irəli sürülmüş “Əmman bəyannamə”dir ki, islamda təkfirçiliyi yasaqlamağa çağırır. Qeyd etmək lazımdır ki, məzhəbləri bir-biri ilə bağlayan amillər onları fərqləndirən amillərdən daha çoxdur. Fətva ona haqqı olan insan tərəfindən verilməlidir. Digər təşəbbüs 2006-cı ilin oktayabrında irəli sürülmüş “Birgə söz” təşəbbüsüdür ki, müsəlmanlarla xristianlar arasında sülhə, dinc birgəyaşayışa, iki din arasında Allah sevgisiqonşuluq sevgisi kimi prinsiplərə əsaslanan müştərək zəmin axtarıb tapmağa, islam-xristian dialoquna təkan verən müntəzəm görüşlər keçirməyə, dinlər arasında dostluq həftələri keçirməyə çağırır. Əlahəzrət Kral bütün bu məsələlərə 2010-cu ilin sentyabrında BMT Baş Ansambleyasının iclasında toxunmuşonun məsələ ilə bağlı səsləndirdiyi fikirlər yekdilliklə qəbul olunmuşdur. Eləcə də bu istiqamətdə onlarca regional və beynəlxalq konfranssimpoziumlar keçirilmişdir. Əlahəzrət Kralın beynəlxalq təşkilatlar çərçivəsində etdiyi hər bir çıxış radikallıq və terrorizmlə heç bir əlaqəsi olmayan həqiqi islamın mahiyyətini açıqlayır. Əlahəzrət Kral BMT Baş Assambleyasının 2016-cı il sentyabrın 20-də keçirilmiş 71-ci sessiyasının ümumi iclasındakı çıxışında demişdir: Bir çox Qərb rəsmilərinin, beyin mərkəzlərinin, KİV rəhbərlərinin islamın mahiyyəti barədə yanlış fikirləri qarşısında mat-məəttəl qalır və onsuz da aydın olan məqamları bir-birinin ardınca yenidən aydınlaşdırmaq məcburiyyətində qalıram. İslam və müsəlmanlar haqqında yanlış fikirlər cəmiyyətlərdə parçalanmanı və qütbləşməni dərinləşdirmək yolu ilə yalnız terrorçuların yeni-yeni dəstələrinin peyda olmasına xidmət edir. İslam bizləri öyrədir ki, insanlar ləyaqətdə bərabərdirlər, millətlər, regionlar və irqlər arasında ayrı-seçkiliyə yol verilməməlidir. İslam dində məcburiyyəti rədd edir, dövlət hər bir vətəndaşın həyatını, ailəsini, əmlakını və dini azadlığını qorumağa məcburdur”.

Əlahəzrət Kral II Abdulla ibn Hüseynin və cənab Prezident İlham Əliyevin irəli sürdükləri təşəbbüslər, yürütdükləri siyasət, dünyaya baxışları milli və beynəlxalq əhəmiyyət kəsb edir. Bu siyasi xətt, bir tərəfdən, vətəndaşlıq ruhunun hakim olduğu güclü cəmiyyət yaradır, digər tərəfdən, cəmiyyət radikal ideya və əməllər qarşısında möhkəm səddə çevrilir. Bunun ən bariz nümunəsi Allah-təalanın İordaniya və Azərbaycana bəxş etdiyi təhlükəsizlik və əmin-amanlıqdır. Eyni zamanda hər iki liderin qəbul etdiyi qərar və təşəbbüslər İslam aləmində yaranmış çatları aradan götürür, insanlar arasında nifrət, zorakılıq və terrorizmi yaymaq istəyənlərə fürsət vermir.

Mötədillik prinsipini yaymağa, zorakılıq və radikallığı aradan qaldırmağa çalışan, əsl islamı dünyaya tanıtdırmaq naminə ardıcıl səy göstərən müdrik liderlərin rəhbərlik etdikləri iki dost ölkə İslam həmrəyliyinə ən yaxşı nümunədir.

 

Nassar HABAŞNEH,

İordaniya Haşimilər Krallığının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Azərbaycan.- 2017.- 9 fevral.- S.7.