Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatına böyük dəstək olacaq

 

Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə mədəni turizmin inkişafına xüsusi yer ayrılıb

 Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Baxmayaraq ki, ötən il turistlərin sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü. “ASAN viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma yaradacaq”.

Prezident çıxışında həmçinin qeyd edib ki, ikiulduzlu, üçulduzlu hotellərin tikintisinə daha çox fikir verilməlidir. Çünki turistlər təhlükəsizlik, əmin-amanlıq, xoş münasibət göstərilən, gözəl mənzərəsi, tarixi abidələri, yaxşı xidməti, mehmanxanaları olan yerə gedirlər. Bunların hamısı bizdə var. Bəziləri bizə tarixdən qalıb, bəzilərini isə sonradan yaratmışıq.

Xatırladaq ki, cari ilin ilk ongünlüyündə - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerlixarici turistlərin sayı ötən ildəkindən iki dəfə çox olub. Onların xizək sürmək, gəzintiyə çıxmaq, kanatla dağlara qalxmaq, göldə qayıqla gəzmək arzuları reallaşıb. Rayonda əsl bayram ab-havası yaşanıb, bütün hotellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. Qeyd edək ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında RusiyaAvropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq müsəlman ölkələrindən gələn turistlər daha çox olub. Ötən il təkcə ərəb ölkələrindən bu səfalı yerlərə 20 minə yaxın turist gəlib. Bu da səbəbsiz deyil. Xarici turistlərin istirahəti üçün Qəbələdə geniş imkanlar mövcuddur. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dördüçulduzlu hotellərdir. Ümumilikdə 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub. Bunun da 32 min 600 nəfəri xarici vətəndaşlardır. Ölkəmizin əsas turizm bölgələrindən hesab olunan İsmayıllını isə ötən il 101 min 755 nəfərdən çox turist ziyarət edib. Bu da bir il əvvəlkindən 2215 nəfər çoxdur. Keçən il İsmayıllıya gələn xarici turistlərin sayı isə 1655 nəfər artaraq 16 min 905 nəfərə çatıb. Hazırda rayonda 23 hotel və istirahət mərkəziləri, o cümlədən - ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizm marşrutları fəaliyyət göstərir.

Dövlət başçısı Azərbaycan turizminin brendlərini yaratmaq üçün 2016-cı il 6 dekabr tarixli fərmanında “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizdə mədəni turizm marşrutlarının yaradılmasını da mühüm məsələlərdən biri kimi önə çəkib. Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasının mədəni və tarixi irsi çox zəngindir. Turistlər üçün mühüm əhəmiyyət kəsb edən tarixi-mədəni obyektlərin bərpası və onların ərazi turizminin inkişaf planlarının hazırlanması və turizm nümayiş obyekti kimi istifadəsi həyata keçirilməkdədir. Tarixi marşrutlar mədəni turizmin bir hissəsi olmaqla turizmə təsiri və potensialı baxımından hərtərəfli qiymətləndirilməlidir. Marşrutların əksəriyyəti müxtəlif əraziləri əhatə edir. Bununla yanaşı, turistlərin zövqünə uyğun əlavə xüsusiyyətlərin nəzərə alındığı tarixi və mədəni xarakterli turizm marşrutları da yaxşı qəbul olunurpotensial turizm məhsulu kimi prioritetləşdirilə bilər.

Bildirilir ki, Azərbaycan ərazisinin şimal, şimal-qərb və qərb istiqamətlərində yerləşən zəngin tarixi-mədəni irsin təşviqi, eləcə də yerliregional səviyyədə mədəni turizm marşrutlarının yaradılması qonşu ölkələrlə turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlara malik olacaqbu da öz növbəsində bölgəyə turist axınının çoxalmasına, həmçinin turist gecələmələrinin sayının artmasına şərait yaradacaq.

Görüləcək tədbirlər sırasında Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobilpiyada marşrutlarının tərtib edilməsi məsələsi də sənəddə əksini tapıb. Keçmişdə Qafqaz bölgəsindən keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan məşhur Böyük İpək Yolunun oxşarı olaraq ölkənin əsas turizm məkanlarından keçəcək yeniBöyük İpək Yolu” adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti tərəflərlə, o cümlədən yerlərdə bələdiyyələr və sahibkarlarla birlikdə işə başlayacaq, mədəni marşrutlar üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının yaradılması məsələsi nəzərdən keçiriləcək.

Həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə ölkəmizə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

Büro Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyəcək, əsasən bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni zamanda sahibkarlara həm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm obyektlərinin yaradılmasına dəstək verəcəkdir. Bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək.

Böyük İpək Yolu” mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” kimi mədəni turizm marşrutları beynəlxalq standartlara uyğun olaraq yenidən tədqiq ediləcək.

Dövlət başçısı tərəfindən imzalanan “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il sərəncamının və Nazirlər Kabinetinin ötən il 9 sentyabr tarixli qərarının müvafiq bəndlərində turizm və istirahət zonalarında Azərbaycan TurizmMenecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda QusardaŞahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində fəaliyyət göstərən dövlətə məxsus “Zirvə” hotelinin bazasında Azərbaycan TurizmMenecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.

Mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulu 2017-2018-ci tədris ilində keçirilməsi planlaşdırılıb.

Yeni yol xəritəsinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi mədəni marşrutlarda bələdçi işləmək üçün sertifikasiya proqramını işləyib hazırlayacaq və bu zaman mədəni marşrutlar boyunca yerləşən regionların yerli sakinlərinin həmin təlimlərdə iştirakına üstünlük veriləcək.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan vəzifələrin icrası ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 12 fevral.- S.1, 4.