Hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilir

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 5 il ötür

 

Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyatgüclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir.

İlham ƏLİYEV

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanbu gün ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən ordu quruculuğu prosesi artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur. Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. ... Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidirbiz öz torpaqlarımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. ...İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır”.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə ötən 5 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Yaranmasından ötən 5 ili ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülmüşdür.

Xidmət tərəfindən ötən illərdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq, səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilmiş, Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilmiş, hərbi vəzifəlilər qeydiyyatdan keçirilərək qanunvericiliyin tələbləri onlara izah edilmişdir.

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”yə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulan vəzifələrdən ən vacibi olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin səfərbərlik zamanı və müharibə dövründə nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunmasıdır. Hərbi-nəqliyyat vasitələrinin uçotu (təşkilatların və vətəndaşların mülkiyyətində olan) vətəndaşlara məxsus olan bütün növ minik avtomobilləri və motosikletlər olmaqla, xidmətin yerli idarə, şöbə və bölmələrində nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan daxil olan məlumatlar əsasında aparılır. Yeni qeydiyyata alınmış hərbi-nəqliyyat vasitələri barədə məlumatlar daxil olduqda Xidmətin yerli idarə, şöbə və bölmələrində onlara uçot kartoçkası açılır və sahibləri hərbi-nəqliyyat vəzifələri barədə təxirə salınmadan məlumatlandırılır. Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə ötən illər ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı keçirilmiş, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılmışdır.

Bütün görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.

Xidmətin fəaliyyətinin daha səmərəli təşkil edilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə bəzi normativ-hüquqi aktlara dəyişikliklərin olunması, Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına rəy və təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi daim diqqətdə saxladığımız məsələlərdəndir. Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması fəaliyyətimizə əlavə stimul verir. Hərbi qeydiyyat və səfərbərlik qaydaları ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” bölməsində dəyişikliklərin olunması üçün hazırlanmış qanun layihəsi təsdiqlənmişdir. Məcəllənin “Hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” bölməsinə əlavə və dəyişikliklər edilməsi zərurəti Azərbaycan Respublikasında səfərbərlik hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi vəzifəlilərin, çağırış yaşına çatmış gənclərin və aidiyyəti qurumların məsuliyyətinin və bu sahədə inzibati cəza mexanizminin təsir gücünün artırılması məqsədindən yaranmışdır. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxsi, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Son illərdə sözügedən istiqamətdə əksər mərkəzi icra hakimiyyəti orqanları ciddi nailiyyətlər əldə etmişlər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də onların sırasında yer almışdır. Ötən 5 ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara 5 elektron xidmət (çağırışçılara müddətli həqiqi hərbi xidmətlərin hansı hərbi hissədə keçmələri barədə məlumatların internetya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu) verilməsi göstərilir. Artıq bir neçə ildir ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər. Müraciətlərin çoxluğu vətəndaşlar tərəfindən elektron xidmətlərin maraqla qarşılandığını göstərir. Ötən müddət ərzində elektron xidmətlərlə yanaşı, əməkdaşlarımızın “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi də müsbət dəyişikliklərdəndir. İlk növbədə onu vurğulamaq lazımdır ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi təklifi məhz Xidmət tərəfindən irəli sürülmüşdür. “ASAN xidmət” bu gün artıq dünyada bir Azərbaycan brendi kimi tanınıb və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu işə öz töhfəsini verməli idi. Xidmətin aparatında, həmçinin struktur bölmələrində vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması, ərizə və şikayətlərin araşdırılması və yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi məqsədi ilə Xidmətin “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş nümayəndələrinin fəaliyyəti daim nəzarətdə saxlanılmış, mövcud problem və çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə vətəndaşlara hərbi xidmətkeçmə haqqında və hərbi qeydiyyatda olmaları barədə arayışların “Elektron hökumət” portalı üzərindən elektron qaydada təqdim edilməsi də təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının icrası ilə bağlı Xidmətin aparatında “Çağrı Mərkəzi” yaradılmış, 91-00 nömrəsi vətəndaşların istifadəsinə verilmişdir.

Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini də qənaətbəxş hesab etmək olar. Səfərbərlik işinin və müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinə dair təcrübə mübadiləsinin əldə olunması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı arasında ikitərəfli hərbi əlaqələrin tətbiqi planı hazırlanaraq təsdiq olunmuş, plana əsasən Türkiyə Respublikasının nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Xidmətin əməkdaşları isə Türkiyəyə qarşılıqlı səfərlər etmişlər. Həmçinin Türkiyə Respublikasında ehtiyatda olan şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin səfərbərliyi üzrə keçirilən kurslarda, o cümlədən Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığına dair Sülh Naminə Tərəfdaşlıq proqramına həsr edilmiş konfransdaBrüssel şəhərində keçirilmiş tədbirlərdə Xidmətin zabitlərinin iştirakı təşkil olunmuşdur. ABŞ-ın Oklahoma Milli Qvardiyasının Quru Qoşunlar komandanının başçılıq etdiyi nümayəndə heyəti də Xidmətin aparatında olmuşdur. Respublikamızda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və hərbi attaşeləri ilə görüşlər keçirilmiş, səfərbərlik hazırlığı və hərbi xidmətə çağırış işinin təşkili, eləcə də digər sahələrdə qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun bazasında müvafiq filiallar yaradılmışdır. Hazırda cəmiyyət tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır.

Respublikada hərbi vətənpərvərlik işi Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqına məhəbbət, adət və ənənələrinə hörmət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən illər ərzində gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılması daim nəzarətdə saxlanılmışdır. Çağırışaqədərki hazırlıq işinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə “Vətənin müdafiəsinə hazıram” adı altında regionlar üzrə keçirilən silsilə tədbirlər, eləcə də ümumrespublika rəsm və “Sabahın əsgəri” yazı müsabiqələri gənclər tərəfindən böyük maraqla qarşılanmış və ictimaiyyətin rəğbətini qazanmışdır. Xidmətin yerli idarə, şöbə və bölmələri Silahlı Qüvvələrin qəhrəmanlıq salnaməsinin öyrədilməsi məqsədi ilə gənclərin müharibə, əmək veteranları və Milli qəhrəmanlarla, yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərlə görüşlərini də təşkil edir. Təhsil şəbəkəsində “Şahin”, “Cəsurlar”, “Marş irəli!” və başqa hərbi-idman oyunları daha yaxşı səmərə verir, şagirdlər öz bacarıqlarını nümayiş etdirməkdən ötrü daha inamla, düşünülmüş şəkildə səy göstərirlər. Bu, həmin gənclərin orduda xidmətə mükəmməl hazırlanmasında, ibtidai hərbi biliklərə yiyələnmələrində, fiziki cəhətdən sağlamdözümlü olmalarında mühüm rol oynayır.

Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin şəraitinin yaxşılaşdırılması olduqca zəruri məsələlərdəndir. Bu məqsədlə Xidmətin struktur bölmələrində və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında əsaslı təmir işləri aparılmış, Nizami rayon idarəsinin və Ağsu rayon şöbəsinin yeni inzibati binalarının açılışı həyata keçirilərək şəxsi heyətin istifadəsinə verilmiş, Sumqayıt şəhər idarəsinin inzibati binası müasir tələblərə uyğun əsaslı təmir olunmuşdur. Eləcə də keçmiş hərbi komissarlıqların uzun illər fəaliyyət göstərdikləri inzibati binalar Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən Xidmətin balansına verilmişdir. Hazırda Xidmətin aparatının yeni inzibati binasının, Mərkəzi Çağırış Məntəqəsi kompleksinin, Qəbələ, Göygöl, Goranboy, Qax, Siyəzən rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası davam etdirilir.

Xidmət ölkəmizin aparıcı kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığı xüsusi diqqətdə saxlayır. Ötən müddətdə Xidmətin media ilə əlaqələri qarşılıqlı əməkdaşlıq şəraitində davam etmişdir. Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında KİV nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Atıcılıq turnirləri təşkil edilmişdir. Xidmət tərəfindən hərbi vətənpərvərlik təbliğatının yüksəldilməsi və bu istiqamətdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin rolunun artırılması üçün media nümayəndələri arasında “Əsgərə məktublar” adlı yazı müsabiqəsi ictimaiyyətin diqqətini vətənpərvərlik mövzusuna yönəltməkdə bir vasitə olmuşdur. Media Xidmətin struktur bölmələrində çağırışçıların təyin olunduqları hərbi hissələrə təntənəli yola salınması və ordudan tərxis olunan gənclərin qarşılanması mərasimlərinin işıqlandırılmasında da əvəzsiz rol oynamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda media nümayəndələri ilə görüşü keçirilmişdir. Milli mətbuatımızın 140 illik yubileyi münasibətilə Xidmətdə tədbir təşkil olunmuş, bir qrup media nümayəndəsi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müharibə veteranlarına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, veteranlara daim yüksək səviyyədə qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində dövlət proqramları həyata keçirilir. Ölkəmizin Milli Ordusunun təşkil olunmasında fəallıq göstərmiş müharibə veteranları Xidmət tərəfindən də daim diqqətdə saxlanılmış və birgə tədbirlər həyata keçirilmişdir. Respublikamızın müxtəlif bölgələrində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edilmişdir. Belə tədbirlərdən biri də “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!” devizi altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə komitənin sədri Ruslan Auşev, Prezident Administrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak etmişlər. Tədbirdə 200-ə yaxın veterana, ümumilikdə isə bu kateqoriyadan olan 7000-dək müharibə veteranına “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalı təqdim olunmuşdur. Eyni zamanda Böyük Vətən müharibəsi illərində Ukraynanın faşist işğalçılarından azad olunmasında iştirak etmiş Azərbaycan Respublikasından olan müharibə veteranlarının “Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları ilə təltif edilmələri münasibətilə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri və digər rəsmi qonaqların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Ötən müddət ərzində vətəndaşlara müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının və müvafiq vəsiqələrinin verilməsi qaydası və şərtləri haqqında müvafiq təlimatın tələblərinə uyğun olaraq, Xidmətin “Veteran adlarının və vəsiqələrin verilməsi komissiyası” tərəfindən 23 nəfər vətəndaşa veteran vəsiqəsi təqdim olunmuşdur.

Azərbaycan Respublikasında ölkə rəhbərliyi səviyyəsində aparılan işlərin əsas hədəfi vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət tərəfindən də fəaliyyət sözügedən tələblər üzərində qurulur. Ölkə başçısının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin regionlarda vətəndaşların qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, tərəfimdən respublikanın bütün bölgələrində və Xidmətin aparatında vətəndaşların qəbulunun keçirilməsi təşkil olunmuş, vətəndaşların şikayət və təklifləri dinlənilmişdir.

2017-ci ildə səfərbərlik işinin və hərbi xidmətə çağırışın təşkili, yeni nəsil gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Xidmətin dinamik inkişaf səviyyəsinin artırılması, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiq olunması, normativ-hüquqi bazanın möhkəmləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması kimi işlər qarşımızda duran əsas vəzifələrdəndir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti ötən 5 ildə olduğu kimi, bundan sonra da dövlətin, xalqın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün böyük səy və fədakarlıqla çalışacaqdır.

 

Arzu RƏHİMOV,

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant

 

Azərbaycan.- 2017.- 12 fevral.- S.3.