Sağlamlıq imkanları məhdud, amma istedadlı və bacarıqlı uşaqlar

 

20 fevral Ümumdünya Sosial Ədalət Günüdür

 

Dövlət tərəfindən aparılan reabilitasiyayönümlü səmərəli sosial xidmət nəticəsində bu uşaqlar arasından çempionlar, müsabiqə qalibləri yetişironlar cəmiyyətə uğurla inteqrasiya olurlar

Sağlamlıq imkanları məhdud olan uşaqların etibarlı sosial müdafiə sistemi ilə əhatə edilməsi dövlətimizin sosial siyasətinin əsas istiqamətləri sırasında mühüm yer tutur. Prezident İlham Əliyevin sosial inkişaf kursu bu təbəqədən olan uşaqlara da diqqətin artırılması ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət və reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulmasına səbəb olub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi bunun daha bir təzahürüdür.

Müəssisədə xüsusi qayğıya ehtiyac duyan, əqli cəhətdən qüsurlu olan sağlamlıq imkanları məhdud uşaqlar dövlət himayəsində yaşamaqla daimi qida, geyim və lazımi tibbireabilitasiya xidmətləri ilə təmin olunurlar. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir ki, son illərdə hər iki müəssisədə Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Görülən işlər nəticəsində bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisə müasir inventar və avadanlıqla təmin olunub. Müəssisənin həyətində geniş yaşıllaşdırma, abadlıq işləri aparılıb, fəvvarə və attraksionlar quraşdırılıb. Valideynlərlə görüş otaqları, müşavirə və musiqi zalları da fəaliyyət göstərir.

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova hazırda 171 nəfər uşağın dövlət himayəsində yaşadığını bildirdi: Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin ümumbəşəri dəyərlərə istinad etməsi eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən xüsusi diqqət və qayğıda, onlar üçün belə nümunəvi sosial xidmət və reabilitasiya şəraitinin yaradılmasında öz təcəssümünü tapır. Müəssisənin əsas fəaliyyət prinsipi buradakı uşaqların cəmiyyətdəki digər uşaqlar kimi özlərini hiss etmələrinə nail olunması, onların xüsusi ehtiyac duyduqları qayğı ilə tam əhatə edilmişdir. Bizim bütün səylərimiz də bu məqsədə yönəlib və uşaqların həm sosial xidmətlərlə, həm də reabilitasiya xidmətləri ilə təminatı üçün məqsədyönlü işlər görülür”.

Müəssisənin müasir avadanlıqlarla və dərman preparatları, yataqqidalanma şəraiti ilə tam təmin edildiyini qeyd edən S.Məlikova yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirildiklərini, hər bir qrup üçün ayrıca yataqoyun terapiyası üçün otaqların ayrıldığı, idman zalının olduğunu diqqətə çatdırdı. O bildirdi ki, burada fizioterapiya, ilk yardım, funksional diaqnostika otaqları da fəaliyyət göstərir: “Həmçinin reabilitasiya kabinələri vardır. Həmin kabinələrdə hər bir uşaq üçün fərdi inkişaf planı hazırlanmaqla, onlarda bu plan əsasında zəruri fiziki qabiliyyət və vərdişlər, özlərini idarə etmək üçün ilkin bacarıqlar formalaşdırılır. Ətraf mühitə uyğunlaşmalarına mane olan funksional çatışmazlıqlarının, davranış problemlərinin aradan qaldırılması üçün sosial reabilitasiyanın sınanmış növləri üzrə işlər görülür. Beyinfiziki inkişaf üçün əhəmiyyətli olan müxtəlif aktiv terapiya növləri, xüsusən oyun və ünsiyyət terapiyası tətbiq edilir. Göstərilən sosial xidmətlər daha çox reabilitasiya məqsədli olur. Uşaqların xüsusi rejimlə qidalanmaları təşkil edilir, onlar mütəmadi olaraq həkim nəzarətindən keçirilir, gigiyenik təmizliklərinə xüsusi diqqət yetirilir”.

S.Məlikova müəssisədə müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini də qeyd etdibildirdi ki, bu dərnəklərdə uşaqların fitri qabiliyyətlərinin, müəyyən ilkin əmək vərdişlərinin inkişafı üçün məşğələlər keçirilir:Bir cəhəti qeyd edim ki, buradakı uşaqlar çox zaman özləri öz bacarıqlarını müəyyən edə bilmirlər. Biz onların fitri bacarıqlarını aşkara çıxarırıq və aidiyyəti üzrə dərnəklərə cəlb edirik. Hər hansı uşaq müəssisəyə qəbul olunduqdan sonra o uşağın maraq dairəsini, qabiliyyətini müəyyən edirik. Məsələn, bir uşağın musiqi səsi eşidərkən əl barmaqlarını ritmə uyğun hərəkət etdirdiyini gördükonu musiqi dərnəyinə cəlb etdik. O, indi musiqi dərnəyində nağara alətində məşğul olur. Yaxud bir uşaqda rəngləməyə maraq hiss etdikonu rəsm dərnəyinə yazdıq. Az sonra o, rəsmlər çəkməyə başladı. Ümumiyyətlə, dərnəklərdə uşaqlar toxuma, tikmə, rəngkarlıq və s. sahələrdə öz bacarıqlarını çox həvəslə nümayiş etdirir, muncuqlardan, rəngli saplardan, taxta parçalarından müxtəlif əl işləri hazırlayırlar. Əlbəttə, bütün bunlar o uşaqların öz maraq aləminə uyğun yaşamalarına, reabilitasiyasına, həyata inteqrasiya etmələrinə hesablanıb”.

Uşaqların idman bacarıqlarının inkişaf etdirilməsinə də xüsusi önəm verildiyini diqqətə çatdıran S.Məlikova qeyd etdi ki, onların Azərbaycan Xüsusi Olimpiya Komitəsi tərəfindən təşkil olunan, potensiallarına uyğun xüsusi atletik idman növləri üzrə yarışlarda iştirak etmələrinə daim şərait yaradılır: “Müəssisəmizin sakinlərindən Qismət Babazadə, Elvin Abbasov, Ədalət İsmayılov, Tərlan Manafov, Məzahir Kazımov və başqaları idmanın ayrı-ayrı növlərində fəal məşğul olurlar. Hətta 2016-cı ilin noyabr ayında keçirilən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkil etdiyi II Uşaq Paralimpiya İdman Oyunlarında 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakini Qismət Babazadə bossia idman növü üzrə ikinci yerə layiq görülüb. Həmçinin ötən ilin may ayında Xüsusi Olimpiya Komitəsinin keçirdiyi II Milli Oyunlar çərçivəsində futbol, tennis, atletika idman növləri üzrə yarışlarda bizim müəssisədən də 20 nəfər uşaq iştirak edib, hətta onların bir çoxu qaliblər sırasında olub. Eləcə də ayrı-ayrı əlamətdar günlərdə, milli bayramımız olan Novruz bayramı günlərində uşaqlar arasında idman yarışları təşkil olunur, fərqlənən uşaqlara hədiyyələr verilir”.

Müəssisədə uşaqları ilə görüşə gələn valideynlərlə söhbət zamanı onlar da uşaqları üçün burada yaradılan şəraitdən razılıqlarını ifadə etdilər, xüsusən də övladlarının funksional çatışmazlıqlarının, davranış problemlərinin aradan qaldırılması, ilkin zəruri bacarıq və vərdişlərə yiyələnmələri üçün aparılan reabilitasiyayönümlü işlərdən məmnun olduqlarını bildirdilər.

S.Məlikova bildirdi ki, müəssisədə dövlət himayəsində yaşayan uşaqlar üçün tez-tez müxtəlif yerlərə gəzintilər, onların ayrı-ayrı mədəni və bayram tədbirlərində iştirakı da təşkil olunur. Müəssisənin özündə də bütün bayramlar, əlamətdar günlər incəsənət ustalarının iştirakı ilə qeyd edilir. Belə tədbirlər uşaqların böyük sevincinə səbəb olur: “Əlbəttə, müəssisədə yaşayanlar hərtərəfli qayğı ilə təmin olunsalar da, onların doğma ailə mühitinə qaytarılmasına, de-institusionalizasiya istiqamətində tədbirlərə önəm verilir. Aparılan müvafiq işlərin davamı kimi ötən il 1 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisəsindən 18 nəfər uşağın da doğma ailələrinə qovuşmalarına nail olunub”.

Təbii ki, qeyd edilənlər Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara göstərilən hərtərəfli dövlət qayğısının, onlar üçün sosial xidmətlər sisteminin daim təkmilləşdiyinin əyani təcəssümüdür.

Sağlamlıq imkanları məhdud uşaqlar digər sahələrdə də dövlətin qayğısı ilə əhatə olunublar.

Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri də aparılır. Bu işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə son iki ildə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların da iştirakına şərait yaradılır, onlardan fərqlənənlərə mükafatlar verilir.

Qeyd olunanlar Azərbaycanın daim güclənən sosial dövlət statusunun xarakterik cəhətlərindən birinin də sağlamlıq imkanları məhdud olan uşaqların etibarlı sosial müdafiəsinin təmin edilməsi, onlara yönələn sosial xidmətlər və tibbi-sosial reabilitasiya sisteminin getdikcə təkmilləşdirilməsi olduğunu təsdiq edir.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2017.- 19 fevral.- S. 6.