Diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəkinin tarixi məkanları ilə tanış olublar

 

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində fevralın 20-də Şəkidə olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 30-dək diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi iştirak edib.

Səfərin əsas məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, həmçinin bölgənin turizm potensialı ilə yaxından tanış olmaqdır.

Qonaqlar əvvəlcə “Marxal” müalicə-istirahət kompleksində yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə, füsunkar ərazidə tikilən bu kompleksin mehmanxana binasında hər biri iki nəfərlik 172 nömrə var. Kompleksin ərazisindəki villa tipli 31 kottecdə isə eyni vaxtda 168 nəfər qala bilər.

Səfər proqramına uyğun olaraq diplomatlar onların xanımları sonra Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı BaşDövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən artıq yaşı var. Qədim ipəkçilik sənətkarlıq ənənələrinə malik olan bu şəhər, həm dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınmış 84 tarix mədəniyyət abidəsi var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli festivallar, tədbirlər keçirilir.

Qoruqla tanışlıq zamanı məlumat verilib ki, burada dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruq Şəkiyə gələn yerli xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.

Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsiŞəki xanlarının sarayı diplomatlarda xüsusilə böyük maraq oyadıb. Sarayla tanışlıq zamanı bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Abidənin tikintisində mismar yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal rəngli şüşə düşür.

Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları qonaqlarda böyük maraq doğurub. Diqqətə çatdırılıb ki, bir neçə il əvvəl Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.

Sonra diplomatlar qoruğun ərazisindəki tarixi-memarlıq abidələri ilə tanış olub, “Sənətkarlar evi”nə baş çəkib, şəkili sənətkarların əl işlərinə baxıblar. Şəbəkə ustası Hüseyn Hacımustafazadə qonaqlara şəbəkə sənətinin sirləri barədə məlumat verib.

Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilənYuxarı Karvansaraymehmanxana kompleksi ilə tanışlıq da qonaqların ürəyincə olub. Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən kompleks 300-dək otaq zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.

Sonra diplomatlar onların xanımları şəkili sənətkarların əl işlərinin satıldığı mağazalara baş çəkiblər.

Səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua, Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Said Xan Mohmand, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova başqaları Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 5.