Boz ay

 

Milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirən bayramlarımızın şahı Novruz gəlir. Fevralın 21-i Kiçik Çillə Boz ay ilə əvəz olunur. Boz ayda “təzadlı təbiət” hökm sürür, havalar dəyişkən olur. İnanca görə, bu çillədə təbiətdə və cəmiyyətdə canlanma, oyanma baş verir. Əcdadlarımızın “Ağlar-gülər ay” adı verdiyi  bu çillə qışdan soyuq günləri, yazdan, payızdan yağışlı günləri, yay fəslindən isə isti günləri “almışdır”. El deyiminə görə, çillənin üzü bozardı, deməli martın üzü yazadır. Bu xüsusiyyətlərə görə, əcdadlarımız bu çilləni  Boz ay”, “Buz ay”, “Çıxmaz ay”, “Cəmrələr ay”, “Bayramlar ayı”, “Ala Çillə” də adlandırmışlar. DördDoğru çərşənbə”ni özündə birləşdirən Boz ayın ilk həftəsi “Çillə beçə” adlanır.  Digər üç həftəsi isə “Alaçaplov” və yaAlaçalpo” adı ilə tanınır. Bu dörd çərşənbəyə “İlaxır çərşənbə” də deyilir. Bu çərşənbələr bəzi deyimlərdə “doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”, “cəmlələr” də adlanır. Çərşənbələrin ardıcıllığı xalqımızın əski mifik dünyagörüşündən qaynaqlanır. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. Boz ayın sonuncu günü Novruz bayramı kimi qeyd edilir.

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 8.