IV Beynəlxalq Multikulturalizm qış məktəbi başa çatıb

 

AZƏRTAC xəbər verir ki, fevralın 19-da IV Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətinin rəhbəri, qurumun baş məsləhətçisi Sevinc Mürvətqızı bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı üç ilə yaxın müddətdə çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirib. Mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikulturaltolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə imkan yaratmaqdır. Beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq Multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”.

Qeyd olunub ki, fevralın 13-dən 20-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında Bakı şəhəri, Şəki, Oğuz, Qəbələ və Qax rayonlarında IV Beynəlxalq multikulturalizm qış məktəbi təşkil edib. IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edib. IV Beynəlxalq multikulturalizm məktəbində “İslam həmrəyliyi bizə nə verirmövzusunda geniş videotəqdimat nümayiş etdirilib, yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki millidini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinlənilib.

Qış məktəbi ərzində iştirakçılar Azərbaycanın multikultural və çoxkonfessiyalı Şəki, Qax, Qəbələ və Oğuz kimi unikal məkanlarına səfər edib, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşlər keçiriblər.

 

Azərbaycan.- 2017.- 21 fevral.- S. 7.