Azərbaycanın təhsil naziri Türkiyədə səfərdədir

 

Azərbaycan Respublikasinin təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Nümayəndə heyəti səfərin birinci günü Ankarada keçirilən “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizmmövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib.

Sonra Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüş olub. Görüşdə ölkələrimiz arasında ali təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bundan başqa, ali təhsil müəssisələri arasında ikili diplom proqramları, elmi-tədqiqat sahəsində birgə əməkdaşlıq, təhsil sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb.

İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalarbu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.

Nazir Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib.

Azərbaycanın elm və təhsil siyasətinin ayrı-ayrı istiqamətləri, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin vəziyyətindən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan nazir qeyd edib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır.

Prezident İlham Əliyevin daxilixarici siyasətini dəstəklədiklərini ifadə edən tələbələrimiz Azərbaycanın sürətli sosial-iqtisadi inkişafından qürur duyduqlarını, ölkəmizin ictimai-siyasi həyatına dair məsələlərdə fəal iştirak etdiklərini bildiriblər.

Nazir M.Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 23 fevral.- S.7.