Vaşinqtonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib

 

ABŞ-ın paytaxtında Corc Vaşinqton UniversitetininCak Morton” kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunan bu tədbirdə Vaşinqtonda akkreditə olunan diplomatik korpuslar, yerli ictimaiyyət nümayəndələri, tələbələr, eləcə də Vaşinqtononun ətrafında yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocalıda heç bir insaniyyətə sığmayan qətliamın törədilməsindən və erməni işğalçılarının mülki əhaliyə etdiyi zülmlərdən danışıb və bu faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən söz açıb.

Diplomat bildirdi ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu təcavüz zamanı Ermənistanın həyata keçirdiyi amansız etnik təmizləmə siyasəti kontekstində törədilmişdir və onların əməllər öz hüquqisiyasi qiymətini almalıdır.

Bu xüsusda, səfir Elin Süleymanov Xocalı əməllərinə görə ədalətin təmin olunmasının və onun dünya miqyasında daha geniş tanınmasının regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini bildirib.

Daha sonra filmin icraçı prodüseri, nüfuzluGrammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) Xocalı faciəsi barədə fikirlərini bölüşüb. O bildirib ki, filmin çəkilişləri zamanı Xocalıda baş verənlərlə tanış olduqdan sonra orada kütləvi şəkildə insan hüquqlarının kobud pozulmasını dərk edib.

Eyni zamanda, prodüser C.Rafşun Xocalı qətliamı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu filmin əhəmiyyətindən söz açıb.

Tanınmış prodüser Aleksandras BrokasCerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.10.