Ziyalılığı ona böyük nüfuz qazandırıb

 

Elm xadimləri

 

Alimliyi, ziyalılığı, xeyirxahlığı və saymaqla qurtarmayan bir çox nəcib xüsusiyyətləri ona böyük hörmət və nüfuz qazandırmışdır. Kimya elmləri doktoru, professor İsmayıl Əliyev mənalı bir ömür sürmüş, cəmiyyətimizə, xalqımıza şərəflə xidmət etmişindi də xidmət etməkdədir. Tanınmış alim həm də yaxşı pedaqoq və məharətli natiqdir, elmi diskussiyalarda çox prinsipialdır. Onun haqqında bir alim-pedaqoq və şəxsiyyət kimi düşünəndə hər kəsin qəlbi işıqlanır, belə bir insanın varlığına sevinirsən.

İsmayıl Əhmədəli oğlu Əliyev 1947-ci il fevral ayının 27-də indiki Ermənistanın Zəngəzur mahalının Nüvədi kəndində müəllim ailəsində dünyaya göz açmışdır. 1954-1961-ci illərdə Nüvədi kənd yeddiillik məktəbində oxumuş, 1961-1965-ci illərdə “Qırmızı Sərhəd” kolxozunda işləyərək orta təhsilini axşam növbəli kəndli gənclər məktəbində davam etdirmişdir. 1965-ci ildə məktəbi qızıl medalla başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Kimya fakültəsinə ixtisas fənnindən əla qiymət alaraq qəbul olunmuş və 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində elmi-tədqiqat işinə həvəs göstərmiş və Üzvi-kimya kafedrasının baş müəllimi Yusif Sultanovun rəhbərliyi ilə “p-Halogentiofenolların törəmələrinin sintezi” sahəsində elmi tədqiqat işi aparmış, elmi konfranslarda çıxış etmiş, 2 tezisi çap edilmişdir. Ali təhsilini bitirdikdən sonra gənc mütəxəssis kimi universitetin Üzvi-kimya kafedrasında işə götürülmüş, 3 ay baş laborant vəzifəsində işlədikdən sonra müsabiqə yolu ilə həmin kafedranın əyani aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla universitetdə laborant saxlanılmış, axşamqiyabi şöbədə metodist, 1979-cu ildən başlayaraq isə Üzvi-kimya kafedrasında müəllim, baş müəllim, dosentprofessor vəzifəsinə qədər elmi-pedaqoji fəaliyyət yolu keçmişdir.

1976-cı ilin may ayında BDU-nun İxtisaslaşmış Elmi Şurasında akademik Əli Quliyevin rəhbərliyi ilə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik, 1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universiteti və Şərqi Sibir Elmlər Akademiyasının birgə İxtisaslaşmış Elmi Şurasında “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki kimyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildən “Üzvi-kimya” ixtisası üzrə kafedranın professorudur.

2000-ci ilin iyulundan 2006-cı ilin mayınadək BDU-nun magistratura, aspiranturadoktorantura şöbəsinin müdiri, 31 may 2006-cı ildən 2011-ci il mayın 20-dək elmi işlər üzrə prorektoru vəzifəsində işləmiş, öz ərizəsi ilə Üzvi-kimya kafedrasının professoru vəzifəsinə keçirilmişdir. 2011-ci ilin avqust ayında yeni yaradılmış Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasına müdir seçilmişdir. 2014-cü ilin iyun ayından BDU rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunmuşdur.

İ.Əliyevin elmi potensialının yüksək olmasını hamı etiraf edir. Onun güclü alim məntiqi tədqiqatlarında həmişə öz əksini tapır. İsmayıl müəllim elmi axtarışları sayəsində tərkibində oksigen, kükürd, selen, azot saxlayan 500-dən artıq üzvi birləşmə sintez edilmiş, müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə (İQ, UB, NMR H1, C13, O17, S33, NKR Cl35, Br79, rentgen flüoressens spektroskopiya, elekrokimyəvi oksidləşmə və s.) müfəssəl tədqiq olunaraq maraqlı və əhəmiyyətli elmi nəticələr almışdır. Bu maddələrin 300-dən çoxu ilk dəfə onun tərəfindən sintez olunmuşdur. Professor İ.Əliyevin bu sahədə apardığı tədqiqat işləri üzvi-kimyadakompasrolunu oynayır və əvvəlcədən istənilən xassəli və keyfiyyətli maddələri sintez etməyə istiqamət verir. O, üçlü alkilarilsulfidlərin yeni alınma üsullarını müəyyən etmişdir. Kükürd üzvi birləşmələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. İlk dəfə olaraq alkiltioarilketoksimlərə Trofimov reaksiyası əsasında asetilenin, vinilhalogenidlərin və 1,2-halogenalkanların təsiri öyrənilərək əvvəllər ədəbiyyatda məlum olmayan müxtəlif vəziyyətlərdə əvəzolunmuş alkiltioarilpirrollar və onların N-vinil törəmələri sintez olunaraq geniş tədqiq olunmuşdur. Tərkibində kükürd saxlayan yeni pirrollar analitik reaktiv kimi perspektivlidir. Sintez edilmiş bəzi ariltioorqanil kükürd üzvi birləşmələrin tətbiq sahələri müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatların bəzi nəticələri müxtəlif monoqrafiyalara daxil edilmiş və qismən tədris prosesində istifadə edilir.

O, 1994-cü ilin mart ayından beş ay Türkiyə Respublikasının Marmara Universitetində (İstanbul ş.) TUBITAK-DOPROK (NATO) proqramı üzrə çalışmışdır. BDU-da professor qalmaqla, 1996-cı ilin fevralından 1997-ci ilin aprelinədək Bakı Asiya Universitetində əvəzçiliklə dekan vəzifəsində işləmişdir. Bakı Dövlət Universiteti ilə Türkiyə Respublikasının 100-cü Yıl Universiteti (Van şəhəri) arasında bağlananEğitim kültür alanlarındakı birliyi - Dayanışma protokolu”na əsasən (21.05.1993) 1997-ci ilin mayından 2000-ci ilin iyulunadək Eğitim fakültəsində prof. dr. vəzifəsində çalışmış, köməyini dost Türkiyə Respublikası üçün əsirgəməmişdir. O, həmçinin Türkiyə Respublikasının Marmara Universiteti, İrkutsk Dövlət Universiteti İrkutsk Üzvi-Kimya İnstitutu, Timiryazev adına Moskva Kənd Təsərrüfatı EA, Moskva Dövlət Universiteti, Ukrayna EA-nın Üzvi-Kimya İnstitutu, eləcə Portuqaliyanın s. dövlətlərin alimləri ilə əməkdaşlıq edir.

Professor İsmayıl Əliyev 235 elmi əsərin müəllifidir. Əsərləri ABŞ-ın, Danimarkanın, keçmiş SSRİ-nin, Türkiyənin Azərbaycan Respublikasının mötəbər jurnallarında nəşr olunmuşdur. O, 70-ə yaxın elmi məruzə ilə beynəlxalq, keçmiş ittifaq respublika elmi simpozium konfranslarında çıxış etmişdir, 3 dərsliyin, 5 dərs vəsaitinin, 1 metodik göstərişin, 3 dərs proqramının, 9 patentin 2 müəlliflik şəhadətnaməsinin müəllifidir. Dövri mətbuatda - “Azərbaycan”, “Respublika”, “Yeni Azərbaycan s. qəzetlərdə dövlətçiliyimizə həsr olunmuş

60-dan çox məqaləsi dərc edilmişdir. İ.Əliyevin rəhbərliyi ilə 2 fəlsəfə doktoru, 5 magisrtant hazırlanmışdır. Dissertasiyaların opponenti rəyçisi olmuşdur.

Dünya alimləri professor İsmayıl Əliyevin elmi tədqiqatlarını müntəzəm olaraq maraqla izləyir yüksək qiymətləndirirlər. Dünya prizmasından onun Azərbaycan elminin inkişafında yeri müəyyənləşdirilərək SCI Thomson Reytersdə ona olan istinadların sayı bu günə kimi 200-dən çoxdur.

Kimya fakültəsinin tələbələri üçün Azərbaycan dilində ilk dəfə yazılmışÜzvi boyaqlar” (I hissə, Bakı 2005, II hissə, Bakı, 2011), “Hetepotsiklik birləşmələr kimyası” (Bakı, 2016, 504 s.) dərsliklərinin, “Üzvi boyalar kimyasından praktikum” (Bakı, 2003, 60 s.), “Üzvi-kimya” (Ümumtəhsil məktəblərinin təbiət elmlərinə istiqamətlənmiş sinifləri kimya təmayüllü liseyləri üçün. Bakı, 2015, 415 s.) dərs vəsaitlərinin, “Üzvi-kimyadan test üsulu ilə özünü yoxlama sualları” (Doymuş doymamış karbohidrogenlər. I hissə) metodik göstərişin (Bakı, 1995, 28 s.), “Kimyadan 500 məsələ” (həlli ilə) 8-11-ci siniflər üçün vəsaitin (Çaşıoğlu, 2010, 366 s.) həmmüəllifidir. Bir çox elmi monoqrafiyaların, kitabların, metodik göstərişlərin dərs proqramlarının elmi redaktoru rəyçisi olmuşdur.

Professor İ.Əliyev respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Yasamal rayonu Ağsaqqallar Şurası sədrinin müavinidir. Bakı Dövlət Universiteti Elmi Şurasının, “Bakı Universitetinin xəbərləri”, “Journal of Qafqaz University chemistry and biology an İnternational journal” jurnallarının redaksiya heyətinin, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasının üzvüdür. 2006-cı ildən Yeni Azərbaycan Partiyası Z.Xəlilov 23 (YAP BDU) ərazi ilk partiya təşkilatının sədri, YAP Yasamal rayon təşkilatının idarə heyətinin və siyasi şurasının üzvü seçilmişdir.

O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. “Qabaqcıl təhsil işçisidöş nişanına, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AzərKİVİHİ) “Qızıl qələm” media mükafatı laureatı diplomuna, AzərKİVİHİ-nin “İlin alimi” və “Şöhrət” mükafatı laureatına layiq görülmüşdür. Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları komandanının “Fəxri fərmanı”, dəfələrlə Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti rəhbərliyinin fəxri fərmanları və təşəkkürləri ilə mükafatlandırılmışdır. Beynəlxalq Ekoenerji Akademiyasının Elmi Surasının tövsiyəsi ilə 2015-ci ildən ekologiya sahəsində akademik diplomu ilə təltif olunmuşdur.

İsmayıl müəllimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, xalqa, elmə, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Bu gün biz İ.Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib bir insan, görkəmli tədqiqatçı, alim, təşkilatçı, mahir pedaqoq, həm də öz xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən bir vətəndaş olduğunu görürük. İsmayıl müəllim hər şeydən əvvəl işıqlı bir ziyalıdır. Onun insanlara bəxş etdiyi işıq mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən irəli gəlir. Professor İsmayıl Əliyevə möhkəm cansağlığı, uğurlar arzu edirik.

 

Aydın KAZIMZADƏ,

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru,

AMEA-nın müxbir üzvü, professor,

 

Abdulsəid ƏZİZOV,

BDU-nun Kimya fakültəsinin dekanı, professor

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.12.