Körpəm atası şəhid olandan bir ay sonra dünyaya gəldi

 

Soyqırımında yoldaşını, qardaş bacısını itirən Nəzakət İsmayılova faciə barədə 25 ildən sonra da həyəcansız danışa bilmir

 

Goranboy rayonu ərazisində qaçqınlar məcburi köçkünlər üçün salınmış Aşağı Ağcakənd qəsəbəsində yaşayan Nəzakət İsmayılovanı sakitliklə dinləmək mümkün deyil. O, başına gələnləri köksündən qopan harayla, bənzərsiz birüslub”da nağıl edir. Sözlərini sanki bütün bəşəriyyətə ünvanlayır:

- Torpağımızda yaşadılar, çörəyimizi yeyib, suyumuzu içdilər, üzümüzə gülübsaman altından su axıtdılar”, sonra da kürəyimizə arxadan zərbə endirdilər. Onlar təbiətən gücsüz acizdirlər, lakinarxalı köpəkməsələsi var... Bəlkə onlar havadarları fikirləşirlər ki, öz yurdunda qaçqına, köçkünə çevirdikləri insanların ahı yerdə qalacaq? Özünü millət, xalq adlandıran o vəhşi tayfa cəzasını almayacaq?

Nəzakətin bu çılğın harayını başa düşmək çətin deyil. O, öz doğma yurdunda iki dəfə ev-eşiyindən didərgin düşüb. 1988-ci ildə ermənilər onların Xankəndidəki evini yandırıb. Beləliklə, atası, anası, iki qardaşı, bacısı özü Xocalıya pənah gətiriblər. Orada Qaladərəsi adlanan ərazidə məskunlaşıblar. Nəzakət bacısı Zöhrə toxuculuq müəssisəsində işə düzəliblər.

Xocalıda Nəzakət Vidadi İsmayılov adlı gənclə ailə həyatı qurur. Bölgədə vəziyyətin getdikcə gərginləşməsinə baxmayaraq, Nəzakət gələcəyə ümidini itirmir, ilk körpəsinin dünyaya gəlişini xoş duyğularla gözləməyə çalışır. Lakin reallıq başqa söz deyir. Yaranmış belə gərgin şərait onun buradan çıxmasını tələb edir. Beləliklə, həyat yoldaşı Nəzakəti sonuncu vertolyotla Xocalıdan yola salır... 

Nəzakətgil Xocalıda qısa müddət yaşasalar da, onların ailəsini artıq hamı yaxşı tanıyırdı. Qardaşı İmran Milli Ordunun sıralarında döyüşürdü, baçısı Zöhrə ona qoşulmuşdu.

1991-ci ilin fevralında Əsgərandan Xocalıya gələn avtobusun sərnişinlərini xilas edəndən sonra Zöhrəyə hamı qəhrəman qız kimi hörmət bəsləyirdi. Hadisə belə olmuşdu: Yolda ermənilər avtobusu daş-qalaq etmiş, atəş açmışdılar. Sürücü İlqar al-qana qərq olmuş artıq maşını idarə edə bilməmişdi. Bu zaman avtobusda sərnişin kimi əyləşmiş Zöhrə sükan arxasına keçmiş ermənilərin atəşləri altında 32 sərnişini sağ-salamat Xocalıya çatdırmışdı.

Zöhrənin döyüşçü qardaşına qoşulması da bu hadisədən sonra baş vermişdi. Başqa sözlə, gənc qızın bu hünəri onu döyüşçü olmaq üçün sınaqdan çıxarmışdı. 

Xocalıda soyqırımı törədilən gecə Zöhrə, valideynləri qardaşı Zakir evdən birlikdə çıxırlar. Zöhrə ayaq saxlayıb düşünürsə, dönüb qonşunun qapısına tərəf gedir. Valideynləri görürlər ki, o, qonşuluqda yaşayan gənc ailənin Zaur adlı qırxgünlük körpəsini kürəyinə bağlayıb. Demə, Zöhrə başa düşüb ki,  təcrübəsiz ata-ana uşağı kol-kosdan, odun-alovun içindən salamat çıxara bilməz.

Məşəqqət dolu yollarda dəstə çox əzab çəkir. Vəhşiləşmiş dığaların arxadan atəş açacağını duyan Zöhrə uşağı kürəyindən düşürüb sinəsinə bağlayır. Anası ona deyir ki, qızım, körpəni öz valideynlərinə ver, burada hər cür vəhşilik baş verə bilər... Lakin Zöhrə özü yaralanıb haldan düşənə qədər balaca Zauru heç kəsə vermir.

Zöhrə bir döyüşçü kimi yanılmamışdı, ermənilər həqiqətən, arxadan da atəş açırlar ikinci dəfə ağır yaralanan qız yol yoldaşı Nəsibəyə deyir ki, mən artıq yeriyə bilmirəm, sən bacardıqca irəliyə get.

Həmin gecə Nəzakətin başqa bir istiqamətdə irəliləyən həyat yoldaşı Vidadi girov götürülür. Onunla birlikdə əsir düşmüşsonra azad edilmiş şahidlər danışırlar ki, ermənilər Vidadini qətlə yetiriblər. Nəzakətin qardaşı Zakirdən isə 25 ildir heç bir xəbər-ətər yoxdur...

Qardaş, bacı, yoldaş itkisi, balalarının, elinin dərdinə dözməyib dünyasını vaxtından tez dəyişən ana həsrəti Nəzakət xanımın qəlbini hər an incidir. O, bütün bunlar barədə həyəcansız danışa bilmir. Hadisələr bu gün baş veribmiş kimi bəzən hıçqırır, bəzən də göz yaşları yanağı boyu sel kimi axır. Bununla belə, başına gələnlərin hamısını danışmaq, ürəyini boşaltmaq istəyir:

- Xocalı soyqırımı baş verəndən sonra Ağdamda xəstəxana ilə məscidin arasında qalmışdım. Əzizlərimi axtarırdım. Özlərini tapmayanda, heç olmasa, cəsədlərinə sahib çıxmaq istəyirdim. Atamdananamdan başqa, hamısı əlimdən getdi. Şükür ki, döyüşçü qardaşım İmran da salamat qalmışdı. Qızım atası şəhid olandan bir ay sonra dünyaya gəldi, adını Ülviyyə qoydum. Ağlı kəsəndən sonra ona olub keçənləri danışdım...

İndi Ülviyyənin 25 yaşı var, artıq özü anadır, bir cüt oğul böyüdür. Amma hələ də atasının şəhid olduğuna inanmaq istəmir. Hər gün onun yolunu gözləyir...

Xocalı soyqırımından bir əsrin dörddə biri qədər vaxt keçsə də, ürəklərdə qalan, deyilməsi vacib, yazılması zəruri olan məqamlar çoxdur. Nəzakət də bu fikirdədir:

- İllər sonra anam mənə danışdı ki, Zöhrə Xocalıda evimizdən çıxarkən özü ilə qumbara da götürübmüş. Yağı əlinə keçərsə, həyatına özü son qoyacağını qət edibmiş... Mən bacımın cansız cəsədini qucaqlayanda həmin qumbaranı onun köksündə gördüm. Həmin gecə o, çox insanlara kömək etmişdi, axı, artıq təcrübəli döyüşçü idi... Kürəyində və qucağında odlu yollardan keçirdiyi qırxgünlük Zaur isə indi 25 yaşlı igiddir.

Qəhrəmanlıq dastanları yəqin ki, məhz belə yaranır...

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.6.