Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması bayram sevincimizi daha da artırdı”

 

Horadiz şəhərində salınmış yeni qəsəbənin sakinləri fərəh, ümid inam dolu duyğularla çərşənbə tonqalı yandırdılar

 

Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin sakinləri hələ də keçən ilin payızında Prezident İlham Əliyevlə olan görüşün xoş təəssüratı ilə yaşayırlar.

Qəsəbənin açılışı həmin vaxt oldu və kəndindən, ev-eşiyindən məcburi köçkün düşmüş insanların böyük bir hissəsi dövlət başçısının xeyir-duası ilə burada məskunlaşdı. Bundan əvvəl fin tipli evlərdə yaşayanindi onlar üçün yaradılan şəraitdən məmnun olan yeni qəsəbə sakinləri builki Novruzun çərşənbə tonqallarını bir yerə toplaşaraq elliklə yandırmağı qərara alıblar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması onların bayram sevincini ikiqat artırıb.

Ötən tonqal qəsəbədəki məktəbin qarşısında alovlandırıldı. Buraya böyük, kiçik - qəsəbə sakinlərinin az qala hamısı toplaşmışdı. Çərşənbə tonqalı üçün məkanı sakinlər yekdilliklə seçmişdilər. Çünki rahat evlərinin olması ilə yanaşı, qəsəbədə belə gözəl, uşaqların mükəmməl təhsil alması üçün hər cür şəraitə malik, necə deyərlər, ən müasir standartlara cavab verən məktəbin olmasından çox razıdırlar.

Tonqal ətrafında həmsöhbət olduğumuz insanlar öz ürək sözlərini bizimlə məmnuniyyətlə bölüşürdülər. Məktəbin direktoru, Füzulinin Seyidmahmudlu kəndindən məcburi köçkün olan Elnarə Məmmədova dedi ki, bizim üçün yaradılmış hərtərəfli şərait üçün dövlət başçısına dərindən minnətdarıq. Eləcə də Birinci vitse-prezident təyin olunmuş hörmətli Mehriban Əliyevanın bizə qayğısından çox razıyıq. Mehriban xanım genişmiqyaslı missiya həyata keçirir, o cümlədən gələcək nəslin sağlamlığı, təhsili onun diqqət mərkəzindədir. Bütün bunlara görə Mehriban Əliyevanın bu təyinatı bizi ürəkdən fərəhləndirir və bayram sevincimizə böyük sevinc əlavə edir.

Hava da çox xoş idi. Baharın nəfəsi, yazın astanada olduğu duyulurdu. Ona görə heç kəs evə tələsmirdi. Uşaqlar dəvət gözləmədən irəliyə gəlib bir-birini əvəz edərək bahar, torpaq, vətən haqqında şeirlər söyləyirdilər. Ağbirçəklər, ağsaqqallar nəvələrinin əllərindən tutub dayanmışdılar. dəmləməli, süfrə açmalı olan ev xanımları da arxayın idilər - artıq bütün işlərini gündüzdən görmüşdülər. Şükür, evdə rahat mətbəx var, qaz, işıq, su var.

El ağbirçəyi Şəkər Bağır qızı qəsəbə sakinlərini təbrik etdi:

- Əziz bacılarım, qardaşlarım, övladlarım, nəvələrim, çərşənbəniz, qarşıdan gələn Novruzunuz mübarək!, - deyə onlara müraciət etdi. - Bu gün bizim üçün çox sevincli gündür. Məskunlaşdığımız bu yeni qəsəbədə çərşənbə tonqalı alovlanır. 400 evin hamısında ocaq yanır, qazan qaynayır. Bizdən məsafəcə o qədər uzaqda olmayan Cəbrayılın Cocuq Mərcanlı kəndi təzədən tikilməyə başlayıb. Bütün bunlar bizə böyük ümid verir. Bu şəraiti bizə yaradan, bu inamümidi bəxş edən Prezident İlham Əliyevdir. Biz həmişə birinci xanım Mehriban Əliyevanın da böyük qayğısını, köməyini, dəstəyini hiss etmişik. Mehriban xanım Azərbaycan qadınlarının və uşaqlarının, qaçqın və məcburi köçkünlərin böyük himayədarıdır. Mən bütün qəsəbə sakinlərinin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından məmnun qaldığını bildirmək istəyirəm və ona sidq-ürəkdən ağbirçək xeyir-duası verirəm.

Cavanlar tonqalın üstündən atlanırdılar. Ürəklərdən xoş niyyətlər keçirdi. Tonqal ətrafına böyük ailəsinin üzvləri ilə birlikdə gəlmiş şəhid atası Yolçu Həsənov da qəlbindəki hissləri dilə gətirdi:

- Xalqımızın inancına görə, çərşənbədə, ələlxüsus da ocaq başında ürəyində hansı niyyəti tutsan, mütləq ona çatarsan. Bizimarzumuz, diləyimiz işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi və kəndimizə, evimizə qayıtmağımızdır. Düşmən əli ilə öz torpağımızda məcburi köçkünə çevrildiksə də, heç vaxt sahibsiz olmadıq, necə deyərlər, çöldə qalmadıq. Bundan əvvəl fin evlərində məskunlaşmışdıq. Dövlətimiz bizə daha yaxşı şərait yaradaraq bu yeni qəsəbəyə köçürdü. Qəsəbənin açılışında dövlət başçısı özü şəxsən iştirak etdi, bizimlə görüşdü. İşğal altında olan torpağımızın tezliklə azad ediləcəyinə, öz kəndlərimizə qayıdacağımıza inamımız böyükdür. Dövlətimizin, Prezidentimizin buna da gücü çatar!

Bu gün bütün Ermənistan yoxsulluq, kasıbçılıq girdabında boğulur. Bizim məcburi köçkünümüzün dolanışıq səviyyəsi Yerevanda, öz evində yaşayan erməninin güzəranından qat-qat üstündür.

Biz varıq, olacağıq, artacağıq!” Biz torpaqlarımıza qayıdıb daha gözəl şəhər və qəsəbələr tikəcəyik. Ata-baba yurdlarımızın hamısında çıraqlar yandırılacaq. Horadizin yaxınlığındakı yeni qəsəbədə alovlanan bu tonqal, çatılan bu ocaq uzaqda olmayan həmin günlərdən müjdə gətirir!..

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 28 fevral.- S. 4; 12.