Polşa Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

 

 

Polşa geostrateji mövqeyi, iqtisadiyyatı və zəngin mədəniyyəti baxımından Avropanın aparıcı ölkələrindəndir. Öz növbəsində Cənubi Qafqazın söz sahibi olan Azərbaycanla bu Avropa ölkəsinin tarixən keçdikləri yollar oxşardır. Hər iki ölkə tarix boyu xarici təsirlərə məruz qalıb və nəhayət, azadlığına nail olaraq demokratiksivil inkişaf yoluna çıxıb. Hazırda Azərbaycanla Polşanın istənilən məsələdə mövqeləri üst-üstə düşüriki dövlət arasında qarşılıqlı maraqlara cavab verən siyasi münasibətlər mövcuddur.

 

Tarixə söykənən münasibətlər

 

Polşa ilə Azərbaycanı bağlayan tellərin tarixi uzaq XIX əsrə gedib çıxır. XIX əsrin ortalarında Azərbaycanın qəhrəmanlıq dastanı olanKoroğlupolyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunub. Vaxtilə polşalı memarların müəllifliyi ilə Bakıda inşa edilən yaraşıqlı binalar bu gün də tarixi-memarlıq nümunələri kimi şəhərimizə yaraşıq verir. Polşalı mühəndis Pavel Polotskinin adı isə ölkəmizin neft tarixinə həmişəlik həkk olunub. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanın da bir çox tanınmış maarifçiləri, mədəniyyət və incəsənət xadimləri öz yaradıcılıqları ilə Polşada məşhur olublar. Polyak LedinskiTopçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun aparıcı zabitlərindən biri milliyyətcə polyak general Sulkeviç olub.

Təbii ki, iki ölkə xalqlarının tarixi əlaqələrindən danışarkən bir neçə cümlə ilə kifayətlənmək qeyri-mümkündür. Məhz bu cür tarixi əlaqələrin dərinliyi və genişliyi, xalqlar arasındakı gözəl münasibətlər ən yeni tarixdə Azərbaycanla Polşa arasında əlaqələrin inkişafında stimulverici amil hesab oluna bilər. Təsadüfi deyil ki, Polşa hələ 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ölkələrdən biridir.

 

Qarşılıqlı səfərlər dövlətlərarası dostluğu gücləndirib

 

Ötən 20 ildə Azərbaycan və Polşa prezidentləri çoxsaylı qarşılıqlı rəsmi və işgüzar səfərlər edib. Məhz bu səfərlərin sayı iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun sonlarında Polşa Respublikasına etdiyi rəsmi səfər bir daha təsdiq etdi ki, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.

Bu səfər zamanı prezidentlər İlham Əliyev və Andjey Dudanın imzaladıqları “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” də bir daha təsdiq etdi ki, iki ölkənin rəhbərliyi münasibətlərin strateji səviyyədə inkişafında maraqlıdır. Mətbuata bəyanatında Prezident İlham Əliyev deyib: “Bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Bəli, Polşanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe ölkəmizin maraqları ilə üst-üstə düşür. Rəsmi Varşava hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etmişdir. Görüş zamanı Prezident Andjey Duda bir daha bildirdi ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

 

İqtisadi əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial var

 

Azərbaycanla Polşa arasında siyasi əlaqələr razılıq doğursa da, iqtisadi əlaqələrin səviyyəsi mövcud potensiala uyğun deyil. Məsələn, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indiki ticarət dövriyyəsi tərəfləri qane edə bilməz. Təsadüfi deyil ki, prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Təbii ki, bu sahədə olan imkanların araşdırılması baxımından Prezident İlham Əliyevin səfəri zamanı keçirilən biznes forumimzalanan digər sənədlər də mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastrukturTikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH ElmTexnologiya Universiteti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” göstərir ki, iqtisadi bloka aid sahələrdə əməkdaşlıq gələcəkdə diqqət mərkəzində olacaq.

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanması iki ölkə arasında dostluq münasibətlərinin göstəricisidir. Ona görə də bu səfərin nəticələri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 1 iyul.- S.1; 5.